"Xorvatiyadan sonra bizi çətin oyun gözləyir. Maltanın son oyununu izləmişəm. Baxmayaraq ki, məğlub oldular, İtaliya çətinliklə qol vurdu".
Qol.Az-ın “sportnet.az”a istinadən yaydığı məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
AVRO-2016-nın seçmə qrup mərhələsində səfərdə Malta ilə qarşılaşma haqda danışan xorvatiyalı mütəxəssis matçöncəsi konfransda çətin oyun olacağını deyib: "Mənim futbolçuların peşəkardır və bilirlər ki, Xorvatiya ilə oyun geridə qaldı".
Baş məşqçi qrupda 3-cülük uğrunda yarışdan kənarda qalmalarının komandada psixoloji gərginlik yaratmasına bu cür münasibət bildirib: "Təəssüflər olsun ki, Azərbaycan mərhələni pis başlayıb və mən hər oyunu fikirləşirəm. Baxmayaraq ki, şansımız azdır, amma komandada inam qayıdıb".
"Eddi İsrafilov "Eybar"da 1 oyun oynamayıb. Onun zədəsi vardı. Eddi zədəsini tam sağaldıb, amma fiziki durumu imkan vermir ki, o ilk dəqiqələrdən meydanda olsun. Bu dəfə istədim ki, Eddi gəlsin və onun formasını görüm. Sabahkı oyunda daha çox vaxt verəcəm ki, oynasın. O, yaxşı futbolçudur".
Təcrübəli mütəxəssis Maltada havanın isti olmasına və bunun komandaya təsirindən danışıb:
"Hava şəraitini canlı yaşayırıq. Bunu dəyişdirmək olmaz, Bakıda da hava istidir. Məşqi oyun vaxtına saldım ki, öyrəşək. Malta da eyni şəraitdə oynayacaq. Bu bəhanə ola bilməz".
O, Pavel Paşayevlə bağlı planlarını söyləyib: "Pavel klubunda həmişə oynamır. Son bir neçə oyunu oynayır. O, maraqlı oyunçudur. Son iki oyunda Mirzəbəyova üstünlük verirəm, çünki o yaxşı oynayır. Norveçlə oyunda Pavel millinin tərkibinə zədəli gəlib. Təəssüflər olsun ki, Norveçlə oyunda kömək edə bilmədi. Ümumilikdə pis təsir bağışlamadı, amma tam razı qalmadım. Onu milliyə çağıracam və şansları da olacaq".
Qeyd edək ki, Malta - Azərbaycan matçı sabah Bakı vaxtilə saat 21:00-da başlayacaq
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı