Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo "Avro-2016"nın seçmə mərhələsində sabah qarşılaşacaqları Xorvatiya millisinin Bakıda xal itirməsinə münasibət bildirib.
Qol.Az-ın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, Hoqmo Azərbaycan yığmasının müqavimətini qırmağın asan olmadığını bildirib:
"Biz artıq gördük ki, qrupda bərabər səviyyəli komandalar cəmləşib. Xorvatiya istənilən rəqiblə oyunda xal itirə bilər. Azərbaycanın da Xorvatiya ilə görüşdə 1 xal əldə etməsi təəccüblü deyil. Çünki indi bu komandanın müqavimətini qırmaq çətindir".
Qeyd edək ki, seçmə mərhələnin 7-ci turunda səfərdə Bolqarıstana 1:0 hesabı ilə qalib gələn Norveç sabah öz meydanında Xorvatiyanı qəbul edəcək.
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər