"Hücum xəttində daima rəqabət olmalıdır" - Raydell Pupon

"Hücum xəttində daima rəqabət olmalıdır" - Raydell Pupon
XƏBƏR 5 Sentyabr 2015 / 14:57 7620
-  A +

"Qarabağ"ın hücumçusu Raydell Pupon komandanın yeni transferi Samuel Armenteros haqda danışıb.

Qol.Az-ın "Sport7.az"a istinadən verdiyi məlumata görə, Pupon ispaniyalı futbolçunun transferi ilə hücum xəttində rəqabətin yaranacağını bildirib:

"Komandaya daha bir hücumçunun transfer olunması yaxşı haldır. Armenterosun gəlişi məni sevindirir. "Qarabağ" böyük klubdur. Buna görə də, hücum xəttində daima rəqabət olmalıdır. Rəqabət olan yerdə də inkişaf olar".


Son xəbərlər