Ukraynada təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıqlarını davam etdirir.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, sentyabrın 1-dən Odessada hazırlaşan “qırmızı-qaralar” gündə 1 dəfə məşq edir. Komanda fiziki hazırlıqla başlayan məşqləri toplu çalışmalarla başa vurur. Roman Qriqorçukun futbolçuları hazırlıqları milli komandaların üzvləri olmadan keçir. Komandanın son transferlərindən Vaqif Cavadovla Fakundo Pereyra da məşqlərdə iştirak edir. Bundan başqa “Qəbələ”nin əvəzedici heyətinin üzvü Sahil Mrizəyev də əsas komandanın düşərgəsində hazırlıq keçir.
Xatırladaq ki, 6 günlük təlim-məşq toplanışı üçün Ukraynaya yollanan “Qəbələ” sentyabrın 6-da Odessanın “Çernomorets” klubu ilə yoxlama oyununda qüvvəsini sınayacaq.
“Tottenhem”də ciddi itki
Obameyanq qəzaya düşdü
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər