Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq "Qarabağ" iki yeni futbolçu ilə münasibətlərini rəsmiləşdirib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi isveçli Samuel Armenteros və ispaniyalı hücumçu Miqel Markos Maderanı heyətinə qatıb.
Hər iki futbolçu ilə iki illik müqavilə imzalanıb və onların adları Avropa Liqasının qrup mərhələsinin oyunları üçün UEFA-ya sifariş olunub.
25 yaşlı Armenterosun son komandası Hollandiyanın "Vilhem II" klubu olsa da, müqavilə ilə "Anderlext"ə məxsus idi. İsveçin aşağı yaş qruplarında forma geyinən hücumçu ötən mövsüm komandasının heyətində keçirdiyi 29 oyunda 11 qol vurub.
"Qarabağ"ın digər transferi Madera karyerasına "Sportinq Xixon"da (İspaniya) başlayıb. "Birmingem"in ardından AEK-ə transfer olunan 29 yaşlı futbolçu karyerasının ən yaxşı dönəmini ölkəsində "Hetafe"də keçirib. 3 il La Liqada oynayan "Miçel" ləqəbli futbolçu ötən mövsümü İsraildə "Makkabi" (Hayfa) klubunda oynayıb.
Qeyd edək ki, "Qarabağ" daha bir transferi reallaşdırmağa yaxındır. Komanda Makedoniya millisinin üzvü Vladimir Dimitrovskini də sıralarına qatmaq üçün cəhd göstərib. Klub və futbolçu arasında razılıq əldə olunsa da, "Qarabağ"dan asılı olmayan səbəblərdən transfer gecikir. Amma Dimitrovskiylə müqavilə bağlanacağı istisna deyil.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"