Sabiq FİFA referisi Anar Salmanov onun hakimlərin məşqinə buraxılmaması haqda yayılan məlumatlara aydınlıq gətirib.
Xeyli müddətdir meydanlardan uzaq düşən Anar Salmanov məsələylə bağlı bunları deyib:
"Azərbaycanda rəhmətlik Tofiq Bəhramov yeganə hakimdir ki, onun adına stadion var. Şükürlər olsun, Xəqani Məmmədovun adına stadion yoxdur. Onun nə ixtiyarı var ki, məni Bayıl stadionuna, hakimlərlə birlikdə məşq etməyə buraxmasın? Mən hər gün həmkarlarımla birlikdə məşq edirəm. Onların arasında yetərincə mənə dəyər verən insanlar var, mən də həmkarlarımın hər birinə yüksək dəyər verirəm. Əksər gənc hakimlərimiz mənə "müəllim" deyə müraciət edir. Azərbaycan çempionatının oyunlarında idarəçiliyimə imkan verilməsə də, məşq etməyimin qarşısını heç kim ala bilməz. Həkimlərin məsləhətiylə zədə səbəbindən bir müddət məşqlərə ara verdim. İndi hər şey qaydasındadır. Xaqani Məmmədovun mənim məşqlərimə əngəl törətməyə heç bir səlahiyyəti yoxdur. Bu insanı mən ciddi əhəmiyyətli fiqur kimi qəbul etmirəm. Xaqani Məmmədov həmin adam deyilmi ki, 3-4 dəfə hakimlikdən qovulub? 2001-ci ildə Azərbaycan onun üzündən futbolsuz qalmamışdımı? O, hansı üzlə mənim hakimlərlə birlikdə məşq etməyimə mane ola bilər? Anar Salmanovun haqqı tapdanıb və mən öz hüquqlarımın bərpası üçün sona qədər mübarizə aparacağam. Bir gün mütləq hakimliyə qayıdacağıma inanıram. Buna görə də səylə məşqlərimə, hazırlıqlarıma davam edirəm".
Xatırladaq ki, bir-neçə gün bundan əvvəl Rekord.az saytı Salmanovun "Bayıl Arena"da məşq edən hakimlərə qoşulmasına imkan verilmədiyi haqda xəbər yayıb.
Mənbə: Sport7.az
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"