"Rəvan" "Spartak"a rəqib oldu

"Rəvan" "Spartak"a rəqib oldu
XƏBƏR 2 Sentyabr 2015 / 13:36 4450
-  A +

Avropanın ən yüksək reytinqli 32 ölkəsinin U-19 Liqasının çempionlarının mübarizə aparacağı UEFA Gənclər Liqasının püşkatma mərasimi keçirilib.

Qol.Az-ın məlumatına görə, ilk dəfə bu formatda keçiriləcək yarışda Azərbaycanı "Rəvan” təmsil edəcək.

Püşkatmada ilk öncə 16, ardınca isə növbəti mərhələdə üz-üzə gələcək 8 cütlük müəyyənləşib. 2014/2015-ci il mövsümündə AFFA-nın təşkil etdiyi U-19 Liqasının qalibi olmaqla, qitə miqyaslı turnirə vəsiqə qazanan "Rəvan” ilk mərhələdə Moskva "Spartak”ı ilə görüşəcək. 

Paytaxt təmsilçisi Rusiya klubunu mübarizədən kənarlaşdıracağı halda, növbəti mərhələdə "Şalke” (Almaniya) - "Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, birinci mərhələnin ilk oyunları sentyabrın 29-30-da, cavab qarşılaşmaları isə oktyabrın 20-21-də keçiriləcək. II mərhələnin görüşləri 3-4 və 24-25 noyabr tarixlərində oynanılacaq.

Bu mərhələnin 8 ən güclüsü Çempionlar Liqasının qrup mərhələsində 2-ci yeri tutanlarla "pley-off"da üz-üzə gələcək. Burada qalib gələn 8 komanda isə qrup birinciləri ilə 1/8 finalda qarşılaşacaqlar.

Son xəbərlər