Bakıda keçiriləcək şahmat üzrə dünya kubokunda Azərbaycanı təmsil edəcək şahmatçılardan biri Eltac Səfərli yarışla bağlı fikirlərini açıqlayıb.
Qol.Az-ın məlumatına görə, Səfərli Azərbaycan şahmatçılarının turnirdə ölkəmizi layiqincə təmsil edəcəklərini söyləyib:
"Bakıda keçirilən istənilən yarış idmançılarımız üçün yeni sınaqdır. Şahmat üzrə dünya kuboku - 2015 yarışlarında 128 şahmatçı iştirak edəcək. Onlardan altısı Azərbaycanı təmsil edir. Sözsüz biz bu dəfə daha yaxşı nəticə göstərməyə çalışacağıq. Reqlament hər bir şahmatçıya irəliləmək imkanı verir. Rəqiblər iki dəfə üz-üzə gələcək və qalib gələn növbəti mərhələyə adlayacaq. Artıq ilk mərhələlərdə güclü şahmatçıya rəqib olmuşam. Bu mənada ilk mərhələdən mübarizədə fəal olmalıyam.
Dünya kuboku yarışlarında favorit adı çəkmək çətindir. Hər bir iştirakçı maksimum sayda qələbə qazanmaq istəyir. Bildiyiniz kimi finalçılar dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq. Ona görə dünya kubokunda heç bir partiya asan olmayacaq. Ən böyük ümidlər yığmamızın liderləri Teymur Rəcəbovla Şəhriyar Məmmədyarova yönələcək. Onlar daha təcrübəli olduqları üçün uğur qazanmağa daha çox şansları var. Şahmatçılarımızdan birinin finala qədər irəliləməsini çox istəyərdim.
Bu yaxınlarda Şəhriyar Məmmədyarovla birgə Avstriyada turnirdən qayıtmışıq. Hər zaman olduğu kimi Məmmədyarov Vyanada gözəl oyun sərgilədi. Bakıda da ondan böyük uğur gözləyirik. Ümumiyyətlə Şəhriyar hər zaman təəccübləndirməyi bacaran şahmatçıdır. Heç kim əvvəldən onun çıxışı barədə proqnoz verə bilməz. Şəhriyar dünyanın bir nömrəli şahmatçısına qalib gələ bilər, sonra reytinqə görə 100-cü olan həmkarına uduzar. Yəni, Məmmədyarov fərqli oyun üslubuna malikdir. Bununla belə həm Şəhriyarın, həm də Teymurun dünya kubokunda yaxşı çıxış edəcəyinə inanırıq”.
Qeyd edək ki, şahmat üzrə "dünya kuboku - 2015" sentyabrın 10-da start götürəcək. İlk tur sentyabrın 11-də oynanılacaq.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video