Bu gün “Qəbələ” İdman Klubunun 10 yaşı tamam olur.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 2005-ci il sentyabrın 1-də peşəkar klub kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçən komandanın əsası daha əvvəl qoyulub. 1995-ci il iyulun 3-də “Göy Göl” adı ilə yaradılan komanda 10 ildən sonra peşəkar kluba çevrilib. 2005-ci il sentyabrın 5-də AFFA-da da qeydiyyatdan keçən klub 2005-2006 mövsümündə Azərbaycan çempionatının I dəstəsində debüt edib. 2006-cı ilin əvvəlində klubun adı dəyişdirilərək “Gilan” qoyulub. İlk mövsümdə Xanları təmsil edən klub I dəstənin çempionu adına yiyələnərək, Premyer Liqaya yüksəlib. 2006-cı ilin yayında Xanlardan Qəbələyə köçən komanda 2007-ci il avqustun 31-də “Gilan” PFK adını “Qəbələ” PFK adına dəyişdirib. Premyer Liqada 10-cu mövsümünü keçirən klub artıq çempionatın liderlərindən birinə çevrilib. Son iki mövsümdə bürünc medalların qazanılması, 2013-2014 mövsümündə kubokun finalı da buna sübutdur. Ötən yay avrokuboklarda debüt edən komanda bu il 10 illik yubileyinə möhtəşəm töhfə verərək, ikinci cəhddən UEFA Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Azərbaycan futbolu tarixinə ardıcıl 4 mərhələ adlayan ilk klub kimi düşən “Qəbələ” “Dinamo” (Tiflis, Gürcüstan), “Çukariçki” (Serbiya), “Apollon” (Kipr), “Panatinaikos” (Yunanıstan) kimi klubları mübarizədən kənarlaşdırıb. Bu tarixi uğur klubun qrupda “Borussiya” (Dormund, Almaniya), PAOK (Yunanıstan) və “Krasnodar”la (Rusiya) qarşılaşmasına imkan yaradıb. Artıq “Qəbələ” milli komandalar üçün də baza klublarından birinə çevrilib. Son illərdə aşağı yaş qruplarından olan yığmalara verdiyi oyunçuları ilə diqqət çəkən klub ölkənin əsas millisində də təmsil olunur.
“Qəbələ” İdman Klubu təkcə əsas komandanın uğurları ilə deyil, akademiyası və digər idman növləri ilə də sözünü deməyi bacarıb. Aşağı yaş qruplarından ibarət yığmalara oyunçu verməklə kifayətlənməyən akademiyanın yetirmələri son illərdə 14 dəfə Azərbaycan çempionu olub. Akademiyanın fəaliyyət göstərdiyi 8 ildə 3 dəfə 15 yaşadək futbolçular arasında “Qəbələ” kuboku turniri keçirilib ki, burada Avropanın bir sıra tanınmış klubları çıxış edib.
2013-cü ilin əvvəlindən İdman Klubu kimi fəaliyyətə başlayan “Qəbələ”də döyüş növləri – boks, taekvondo, cüdo, sambo, karate, əlbəyaxa döyüş, həmçinin atıcılıq üzrə bölmələr də mövcuddur. Qısa müddətdə döyüş növləri üzrə idmançılar Azərbaycan və beynəlxalq miqyaslı turnirlərdə dəfələrlə fəxri kürsüyə yüksəlməyi bacarıb. Azərbaycanı və “Qəbələ” İdman Klubunu Bakı-2015 Birinci Avropa Oyunlarında təmsil edən idmançılar yaddaqalan uğura imza ataraq turniri 2-i qızıl olmaqla 5 medalla tamamlayıblar. Qəbələ Atıcılıq Klubunun mərkəzi dünyanın ən yaxşı atıcılıq komplekslərindən biri olmaqla yanaşı, bir sıra beynəlxalq yarışlara ev sahibliyi edib. Ötən il Dünya Kubokunun final mərhələsini, ötən ay isə 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyan mərhələ yarışı Qəbələdə baş tutub.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video