Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan futbolçu Cavid Hüseynovun apellyasiya şikayətinə baxılıb.
C.Hüseynovun vəkili Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib.
Xatırladaq ki, bir müddət əvvəl C. Hüseynovun vəkili Adəm Məmmədov onun barəsində seçilmiş həbs- qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlə Səbail rayon Məhkəməsinə müraciət edib. Lakin vəsatət təmin olunmayıb. Apellyasiya şikayəti həmin qərardan verilib.
Xatırladaq ki, avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Rəsmi məlumata görə, müəyyən edilib ki, Cavid Hüseynov avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış "Ann.tv"nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib. Bundan sonra C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov da R. Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb.
Nəticədə Elşən İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevlə birlikdə avqustun 8-də onunla görüşüb. Onlar R. Əliyevə əl və ayaq zərbələri ilə bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıblar. Həmin şəxslər Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda ) maddəsi ilə təqsirli bilinib və barələrində həbs qətimkan tədbiri seçilib. İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
“Real”ın gənc futbolçusunu hədəfə aldılar
“Beşiktaş”ın matçında dava düşdü - Video
Məşq bazasında həbs olundu
“Tottenhem”də ciddi itki
Gəncədə qalib müəyyənləşmədi
“Beşiktaş”la derbidə oynaya bilər
“Sabah”la matçda zədələnən Baldedən xəbər var
“Mançester Siti”nin düşərgəsində ab-hava dəyişib?
Çempionlar Liqasında həftənin futbolçusu bəlli oldu
Azərbaycan millisi çempionata məğlubiyyətlə başladı
“Şahdağ Qusar" I dövrənin qalibi oldu
Obameyanq qəzaya düşdü
İspaniya, Fransa, İngiltərə...
FİFA kiberhücuma məruz qaldı
Misli Premyer Liqasında 13-cü turun hakimləri açıqlandı
Asiya Çempionlar Liqasında hakim oyuna sərxoş çıxıb?
Noyer həyat yoldaşını doğuşdan bir neçə gün sonra tərk edib
"Beşiktaş" - "Qalatasaray" oyununun hakimləri açıqlandı
Bugünkü oyunları yayımlayacaq kanallar
İndi qurulan yığma yox, milli komandadır!
"Trabzonspor" SSKA-ya, "Kayrat" "Myelbyu"ya qarşı
Arda Turan “Şaxtyor”dan ayrıla bilər
Nazir Dambrauskası mükafatlandırdı - Şəkillər
Avropa Liqasında 5-ci tur - Günün oyunları
Meksikada 26 yaşlı futbolçu öldürüldü
“Sabah” – “Barselona” oyununda faciəvi hadisə
"Barselona"ya 2-ci qolu da vurmalı idim" - Coy-Lens Mikels
Bakıda dubl edən futbolçu həftənin ən yaxşısı seçilə bilər
“Beşiktaş”ın təyyarəsində qorxu dolu anlar
Azərbaycan millisinin üzvü "Sampdoriya"da dubl etdi
Alisson Beker “Liverpul”un tarixinə düşdü
“Bakıda çox şey mənim üçün uğurlu alınır” - Entoni Qordon
Pokatilov ÇL-də qurtarış sayına görə birincidir!
Bakıdakı matçda vurulan bütün qollar – Video
“Sabah” 5 turdan sonra ÇL-də neçəncidir?
"Bavariya"dan məğlubiyyət, "Fənərbaxça"dan qələbə
Dambrauskas: “Hiss etdik ki, biz də nəsə bacarırıq”
“Sabah” bizə çətin anlar yaşatdı" – Flikdən etiraf
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər