"Avro-2016"nın seçmə qrup mərhələsində Azərbaycanla qarşılaşacaq Xorvatiya millisi sabahdan bir araya gələcək.
Qol.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, baş məşqçi Niko Kovaç yetirmələrini Azərbaycan və Norveçlə qarşılaşma üçün hazırlayacaq.
Komanda üzvləri paytaxt Zaqrebdə toplaşacaqlar. Bu gün keçirilən mətbuat konfransında N.Kovaç bildirib ki, həmkarı Robert Prosineçki Azərbaycanda müsbət imic formalaşdırıb: "Orada bizə ağır olacaq. Havanın isti olması da oyuna təsir edəcək. Osiyekdəki görüşlə müqayisədə Prosineçki döyüşkən komanda formalaşdırıb. İndi daha aqressiv və çətin rəqiblə qarşılaşacağıq. Azərbaycanın iki klubunun Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması oyunçularının inkişafından xəbər verir. Bununla belə, Xorvatiya millisi qrup lideri kimi məqsədinə çatmaq üçün irəli addımlamalıdır. Biz səfər oyununda qələbəyə ümid edirik".
Baş məşqçinin sözlərinə görə, xorvatiyalı oyunçular Azərbaycanla qarşılaşmaya 100 faiz kökləniblər: "İnanıram ki, istədiyimiz oyunu nümayiş etdirəcəyik. Norveçlə oyun sonrakı mərhələdədir. İlk növbədə Azərbaycanla qarşılaşmaya hazır olmalıyıq".
N.Kovaç xorvatiyalı azarkeşlərin Bakıya gətirilməməsinə də münasibət bildirib: "UEFA-nın bizim 1 xalımızı sildiyini eşidəndə futbolçularla birgə şoka düşdük. Deyərdim ki, oyunçuların bəziləri indi də şokdadır. Bundan çox təəssüfləndiyimizi bildirirəm. Artıq məsələ ilə bağlı şikayət etmişik və ümid edirəm ki, xalımız geri qaytarılacaq. Dövlət xuliqanlığın qarşısını almaqda kömək etməsə, yenidən eyni problemləri yaşayacağıq".
Qeyd edək ki, sentyabrın 3-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 21:00-da başlanacaq.
“Real”ın gənc futbolçusunu hədəfə aldılar
“Beşiktaş”ın matçında dava düşdü - Video
Məşq bazasında həbs olundu
“Tottenhem”də ciddi itki
Gəncədə qalib müəyyənləşmədi
“Beşiktaş”la derbidə oynaya bilər
“Sabah”la matçda zədələnən Baldedən xəbər var
“Mançester Siti”nin düşərgəsində ab-hava dəyişib?
Çempionlar Liqasında həftənin futbolçusu bəlli oldu
Azərbaycan millisi çempionata məğlubiyyətlə başladı
“Şahdağ Qusar" I dövrənin qalibi oldu
Obameyanq qəzaya düşdü
İspaniya, Fransa, İngiltərə...
FİFA kiberhücuma məruz qaldı
Misli Premyer Liqasında 13-cü turun hakimləri açıqlandı
Asiya Çempionlar Liqasında hakim oyuna sərxoş çıxıb?
Noyer həyat yoldaşını doğuşdan bir neçə gün sonra tərk edib
"Beşiktaş" - "Qalatasaray" oyununun hakimləri açıqlandı
Bugünkü oyunları yayımlayacaq kanallar
İndi qurulan yığma yox, milli komandadır!
"Trabzonspor" SSKA-ya, "Kayrat" "Myelbyu"ya qarşı
Arda Turan “Şaxtyor”dan ayrıla bilər
Nazir Dambrauskası mükafatlandırdı - Şəkillər
Avropa Liqasında 5-ci tur - Günün oyunları
Meksikada 26 yaşlı futbolçu öldürüldü
“Sabah” – “Barselona” oyununda faciəvi hadisə
"Barselona"ya 2-ci qolu da vurmalı idim" - Coy-Lens Mikels
Bakıda dubl edən futbolçu həftənin ən yaxşısı seçilə bilər
“Beşiktaş”ın təyyarəsində qorxu dolu anlar
Azərbaycan millisinin üzvü "Sampdoriya"da dubl etdi
Alisson Beker “Liverpul”un tarixinə düşdü
“Bakıda çox şey mənim üçün uğurlu alınır” - Entoni Qordon
Pokatilov ÇL-də qurtarış sayına görə birincidir!
Bakıdakı matçda vurulan bütün qollar – Video
“Sabah” 5 turdan sonra ÇL-də neçəncidir?
"Bavariya"dan məğlubiyyət, "Fənərbaxça"dan qələbə
Dambrauskas: “Hiss etdik ki, biz də nəsə bacarırıq”
“Sabah” bizə çətin anlar yaşatdı" – Flikdən etiraf
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
Qvardiola milli komandanı çalışdıra bilər