"Zirə" qalib gəldi

"Zirə" qalib gəldi
XƏBƏR 31 Avqust 2015 / 13:42 4388
-  A +

Azərbaycan milli komandasının "Avro-2016"nın seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə hazırlığını davam etdirən "Zirə" yoxlama görüşündə qüvvəsini sınayıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Adil Şükürovun komandası "Ağsu" ilə qarşılaşıb.

Oyun "Zirə"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt təmsilçisinin qollarına İqor İvanoviç, Nurlan Novruzov və Vüsal İsgəndərli imza atıb.

Qeyd edək ki, "Zirə" sentyabrın 5-də daha bir yoxlama oyunu keçirəcək. 

Son xəbərlər
04.08.25  10:49

Qvardiola boşanır