Gəncənin “Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının tərkibi genişlənib.
Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, quruma daha iki üzv qəbul olunub.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, kənd təsərrüfatı elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü professor İbrahim Cəfərov və Gəncə Dövlət Universitetinin rektoru, kimya elmləri doktoru, professor Yusif Yusibov Gəncə klubunun Müşahidə Şurasının yeni üzvləri seçilib.
Qeyd edək ki, "Gəncə Avropa Gənclər paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyevin rəhbərlik etdiyi "Kəpəz"in Müşahidə Şurasında futbol veteranı Müzəffər Qasımov, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Xanlar Fətiyev, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, əməkdar jurnalist Mikayıl Quluyev, "DET-AL Alüminium" MMC-nin baş direktoru Sərxan Babayev, "Gəncə şərab-2" ASC-nin Müşahidə Şurasının sədri Namiq Məmmədov və Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Müşfiq Cəfərov da yer alır.
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video