Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərindəki dünya çempionatında yeniyetmə sərbəst güləşçilər mübarizəyə başlayıb.
Qol.Az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, ölkəmizi Şahin Muxtarov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), İslam Bazarqanov (50 kq), Fərrux Əliyev (54 kq), Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq), Əhliman Quliyev (76 kq), Rahid Həmidli (85 kq) və Alimaqomed Alixmayev (100 kq) təmsil edir.
Çempionatın beşinci günündə 42, 50, 58, 69 və 85 kq çəkidə sərbəst güləşçilər yarışıb. Pəhləvanlarımız günü 1 gümüş və 2 bürünc medalla tamamlayıb.
42 kq-da mübarizə aparan Şahin Muxtarov ABŞ və Gürcüstandan olan rəqiblərini üstələsə də, yarımfinalda Rusiya təmsilçisinə uduzub. Bürünc medal uğrunda həlledici görüşə çıxan güləşçimiz bolqarıstanlı rəqibinə tam üstünlüklə qalib gəlib və mükafatçılar sırasına düşüb.
58 kq çəkidə mübarizə aparan Fazil Həsənov ilk görüşdə İsrail təmsilçisinə qalib gəlib, ardınca ABŞ-dan olan rəqibinə uduzub. Rəqibin finala yüksəlməsi ona təsəlliverici görüşlərə qatılmaq şansı verib. Qırğızıstan və Ukrayna güləşçiləri üzərində qələbə qazanan Həsənov bürünc medal uğrunda görüşə çıxıb. Son görüşdə Rusiya təmsilçisini də üstələyən bu güləşçimiz də mükafatçı olub.
69 kq-da təmsilçimiz İsmayıl Abdullayev İtaliya, Gürcüstan və İran idmançıları üzərində inamlı qələbələr qazanaraq finala yüksəlib. Finalda Rusiya təmsilçisinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.
85 kq çəkidə mübarizə aparan Rahid Həmidli Qırğızıstan, Yunanıstan və Qazaxstan təsmilçilərini mübarizədən kənarlaşdırsa da, yarımfinalda Özbəkistandan olan rəqibinə minimal fərqlə uduzub. Bürünc medal uğrunda görüşdə ABŞ təmsilçisi ilə qarşılaşan güləşçimiz məğlub olub və Dünya çempionatını 5-ci sırada tamamlayıb.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı