"Zirə"nin hücumçusu Nurlan Novruzov Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin qərarı ilə yığmanın təlim-məşq toplanışından kənarlaşdırılmasına münasibət bildirib.
Qol.Az-ın "sportnet.az"a istinadən verdiyi məlumata görə, gənc futbolçu məşqlərdə sınaqdan keçdikdən sonra xorvatiyalı mütəxəssisin bu gün onunla söhbət etdiyini bildirib.
Novruzovun sözlərinə görə, Prosineçki heyəti 24 nəfərədək endirməli olduğunu deyib: "Baş məşqçi həvəsdən düşməməyimizi istədi. O, mənə dedi ki, yığmada 24 oyunçu qalmalıdır".
Novruzov Prosineçkinin qərarına hörmətlə yanaşdıqlarını və gələcək toplanışlara dəvət almaq üçün klubunda məşqlərini həvəslə davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Robert Prosineçki daha öncə "Qarabağ"dan çağırdığı Elvin Məmmədovu atasının vəfatı ilə əlaqədar komandadan azad edib. Xorvatiya ilə oyun sentyabrın 3-də Bakıdakı 8-ci km qəsəbə stadionunda keçiriləcək. Bundan 3 gün sonra isə Azərbaycan millisi Maltanın qonağı olacaq.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı