UEFA yeni reytinq siyahısını açıqlayıb.
Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, Avropa Liqasında mübarizəni davam etdirən "Qarabağ" və "Qəbələ" klubları ötən gün ölkəmizə növbəti xalları qazandırıblar.
Öz meydanında "Yanq Boyz"a 3:0 hesabı ilə qalib gələn "Qarabağ" 0,250, Yunanıstanda “Panatinaikos”la heç-heçə edən "Qəbələ" isə ölkəmizin hesabına 0,125 xal qazandırıb.
Beləliklə, Azərbaycan cari mövsüm qazandığı xalların sayını 3,125-yə yüksəldib. Bunların 1,125-i "Qəbələ"nin, 1-i "Qarabağ"ın, 0,750 "İnter"in və 0,250 xal isə "Neftçi"nin payına düşür. Hazırda hesabında 13,625 reytinq xalı olan Azərbaycan 26-cı pillədəki mövqeyini qoruyub.
Ölkəmizin növbəti hədəfi Norveçdir. Azərbaycan 25-ci pillədə qərarlaşan Norveçdən 2,625 xal geri qalır. Ölkəmiz ən yaxın izləyicisi Qazaxıstanı 0,500 xal qabaqlayır.
Qeyd edək ki, siyahıya yenə İspaniya başçılıq edir. Almaniya ikinci, İngiltərə isə üçüncü pillədə qərarlaşıb.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı