“Alçaldıcı məğlubiyyət oldu” – “Panatinaikos”un prezidenti

“Alçaldıcı məğlubiyyət oldu” – “Panatinaikos”un prezidenti
XƏBƏR 28 Avqust 2015 / 13:14 12132
-  A +

“Panatinaikos” klubunun prezidenti  Con Alafouzos Avropa Liqasının pley-off mərhələsinin “Qəbələ” ilə cavab matçından (2:2) sonra ölkəsinin mətbuatına açıqlama verib.

Qol.Az-ın məlumatına görə, klub prezidenti “Qəbələ” səddini keçə bilməməyin çox üzücü olduğunu deyib:

“Müəyyən səhlərimiz oldu. Bununla belə bəxt də bizim tərəfimzidə deyildi. Bu, alçaldıcı məğlubiyyət idi. Ancaq başqa yolumuz yoxdur, başımızı qaldırıb, yolumuza davam etməliyik. Baş məşqçimizə və futbolçulara güvənirəm”.

Xatırladaq ki, evdə rəqibi ilə 0:0 hesablı heç-heçə edən  “Qəbələ” “Panatinaikos”la Afinada keçirilən   oyunda 2:2 hesablı bərabərə qalaraq Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır