“Çox sevinirik” – İlqar Qurbanov

“Çox sevinirik” – İlqar Qurbanov
XƏBƏR 28 Avqust 2015 / 01:05 7480
-  A +

“Bilirdik ki, bizi ağır oyun gözləyir. Hər iki matçda qələbə qazandığımız üçün çox sevinirik. Bütün “Qarabağ” azarkeşlərini təbrik edirəm”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu İlqar Qurbanov Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqları oyundan (3:0) sonra deyib.

“Yanq Boyz”la matçı şərh edən Qurbanov azarkeş dəstəyini xüsusi qeyd edib:  “Bu gün stadionda "Qarabağ"a çox böyük dəstək var idi. Əsas odur ki, onlara qələbə sevinci yaşada bildik”.

İ.Qurbanov  onu da bildirib ki, bir neçə oyundur 90 dəqiqə meydanda olmağı  ona heç bir çətinlik yaratmır: “Təcrübəmdən istifadə edib mənə olan etimadı doğrultmağa çalışıram. Qurban Qurbanova da təşəkkür edirəm ki, mənə şans verir”. 

Daha çox


Son xəbərlər
09.11.25  22:42

Məşhur klub satılır