Bu mövsüm Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ" və "Qəbələ" klubları tarixi uğura imza atıb.
Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin etməklə ötənilki uğurunu təkrarlayıb.
Qurban Qurbanovun komandası bu uğura İsveçrənin "Yanq Boyz" klubunu iki oyunun nəticəsinə görə (1:0, 3:0) üstələyərək nail olub.
Avrokuboklarda ikinci mövsümünü keçirən "Qəbələ"nin "pley-off"a qədər irəliləyəcəyinə inananların sayı çox olmasa da, Roman Qriqorçukun komandası bunun öhdəsindən gəlib. Bakıda "Panatinaikos"la 0:0 bərabərə qalan "qırmızı-qaralar" Yunanıstanda da rəqibinə uduzmayıb - 2:2. Bu nəticə ilə "Qəbələ" tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ əldə edib.
Bununla da, Azərbaycan ilk dəfə Avropa Liqasının qrup mərhələsində iki komanda ilə təmsil olunacaq.
Qeyd edək ki, "Qarabağ" və "Qəbələ"nin qrup mərhələsindəki rəqibləri bu gün keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu "Neftçi" olub. "Ağ-qaralar" 2012/2013 mövsümündə Kiprin APOEL klubunu keçərək Azərbaycan tarixində ilk dəfə qrup mərhələsində oynamaq hüququ qazanıb.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi