“Burada bizi ağır oyun gözləyir. Əlimizdən gələni edəcəyik ki, mərhələ adlayan tərəf biz olaq. Bütün komanda buna köklənib”.
Qol.Az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri “Qəbələ”nin üzvü Rəşad Sadiqov Avropa Liqasının "pley-off" mərhələsində "Panatinaikos"la cavab matçı öncəsi deyib.
O qeyd edib ki, rəqib güclü olsa da, məğlubedilməz deyil:
“Panatinaikos” adlı-sanlı komandadır. Xeyli titulları var. Amma biz də onlardan zəif deyilik. Futbolda məğlubedilməz rəqib yoxdur. Yalnız qələbəyə inanmaq və meydan bütün bacarığını ortaya qoymaq lazımdır”.
R.Sadiqov yunan azarkeşlərdən də söz açıb: “Bundan əvvəlki mərhələlərin hər birində səfər matçını psixoloji gərginlik içində keçirmişik. Bu baxımda xüsusən də “Apollon”la Kiprdəki görüşü qeyd etmək olar. Növbəti azarkeş təzyiqinə də hazırıq. Dolu tribunalar önündə oynamaq hər bir futbolçunu daha çox həvəsləndirir”.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi