"Milan" sabiq futbolçusu Mario Balotellinin keçidini rəsmiləşdirib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müqavilə ilə "Liverpul"a məxsus olan italiyalı futbolçu qarşıdakı mövsümdə "Milan"da icarə əsasında çıxış edəcək.
Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu "Milan"la rəsmi müqavilə imzalayıb. "Milan"ın Balotelli üçün "Liverpul"a təzminat ödəməyəcəyi iddia edilir.
Balotelli yenidən "Milan"a qayıtması ilə bağlı bunları deyib: "Milan"a qayıtdığım üçün çox xoşbəxtəm. Deməyə çox sözüm yoxdur. Danışmaq əvəzinə daha çox çalışmalıyam. "Milan" hər zaman qəlbimdə olub və bir gün yenidən bu kluba qayıdacağıma ümid edirdim".
Qeyd edək ki, 2013/2014 mövsümündə "Milan"da çıxış edən Balotelli keçirdiyi 43 oyunda 26 qol vurub.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"