Mövsümün əvvəlində o qədər sual vardı ki... Amma əvvəlin yekundunda hər şey yaxşı oldu və Topaz Premyer Liqası 10 komandanın iştirakı ilə başladı. Artıq 3 tur geridə qalıb. 15 oyundan sonra yaranmış fasiləyə “Qarabağ” başında tacla getdi, “Qəbələ” də onun arxasınca. İlk üçlüyü isə “Xəzər Lənkəran” tamamlayır.
Keçirilən oyunları, debütləri, gənc oyunçuların sərgilədiyi futbolu nəzərə alsaq, təhlil yazı ortaya çıxara bilərik...
CBC fərqi...
Bağda ərik bitəndən sonra da salam-əleyk eləmək lazımdı. Uzun müddət çempionatı yayımlamış “İdman Azərbaycan” kanalına indi də təşəkkür eləmək borcumuzdur. Çünki həqiqətən də bu kanal və onun işçiləri futbolun kütləviliyi üçün işlər görüblər. Vaxt olub ki, çempionatın 4 oyunu canlı yayımlanıb.
Sözsüz, hər aşiqin öz dövranı var və dəyişiklikləri normal qarşılamaq lazımdır. Dəyişikliklərin nə dərəcədə uğurlu olub-olmadığını isə zaman göstərəcək. “İdman Azərbaycan”dan sonra Premyer Liqanın oyunlarını canlı yayımlamağa başlayan CBC kanalı sözün həqiqi mənasında etalon formalaşdıra bilib. Oyundan 20 dəqiqə öncə başlanan yayım, fasiləni də əhatə edib, müsahibələrə qədər davam edir. Xüsusən də, oyundan öncəki 20 dəqiqə və oyun başa çatdıqdan sonra aparılan yayım bizə göstərir ki, futbolu sadəcə meydançadakılar gözəlləşdirmir. Təqdimatdan çox şey asılıdır. Ən yaxşı işi ən pis, ən pis işi ən yaxşı şəkildə təqdim etmək olar. Konkretləşdirib deyim ki, CBC və onun seçdiyi şərhçilər Topaz Premyer Liqasına rəng qatıblar..
Böyük qayıdış və debütant...
Həqiqətən də daş öz yerində ağır olduğu kimi futbolun da xüsusi məkanları var. Milyonlar xərcləyib komanda qurub, azarkeş toplaya bilməyənlə, kiçik büdcə qarşılığında komanda formalaşdırıb ilk turdaca rekord vuran komanda, bölgə arasında 1 fərq var – Bu da futbol sevgisidir. Şahin Diniyevin qısa zaman kəsiyində formalaşdırdığı “Kəpəz” böyük futbolu Gəncəyə qaytarmaqla yanaşı, Premyer Liqaya rəng qatmağı da bacardı. Həm mətbuat konfranslarındakı çıxışı, həm də azarkeşlərə olan münasibəti ilə yenidən öz adını qazanan Şahin Diniyev həqiqətən də öz adına layiq komanda formalaşdıra bilib. “Kəpəz” 3 turdan sonra cəmi 2 xal toplasa da, öz oyunu ilə öndəgələnlərdəndir.
“Zirə” isə Azərbaycanın qədim bölgələrindən birinə yenilik gətirə bilib. Adil Şükürovun rəhbərlik etdiyi gənc məşqçilər korpusu döyüşkən kollektiv yaratmaq vəzifəsinin öhdəsindən gəliblər. Qısa zamanda görülən işlər, peşəkarlıq yolunda atılan önəmli addımlar bu komandanın gələcəyi ilə bağlı nikbin danışmağa imkan verir.
İddialılar...
Azərbaycan çempionatının iddialılarından danışan zaman tərtib olunan siyahıda həmişə “Neftçi”, “Qarabağ” və “Xəzər Lənkəran”a yer tapılıb. Son vaxtlarda isə bəzi adları ixtisara salıb, yeniləri ora əlavə edirik. Bu da rəqabətin olduğunu göstərən amildir.
Yenilərdən biri də “Qəbələ”dir. Ümumiyyətlə bütün bunların fonunda deməliyik ki, “Qəbələ” çox zaman baş məşqçi seçimində yanılıb. Toni Adams kluba nə qədər peşəkarlıq gətirsə də, nəticə verə bilmədi. Fatih Kavlak karvana sarvanlığı bacarmadısa, komandanı bir qədər dirçəldən Yuri Syominin gedişindən sonra Dorinel Muntyanuya güvənmək sadəcə, faciə idi. Sözsüz, hər qaranlıq gecənin Roman Qriqorçuk kimi bir uğurlu sabahı var. Məhz bu məşqçinin sayəsində “Qəbələ” öz tarixinin ən yaxşı kollektivini formalaşdırıb və ən yaxşı futbolunu sərgiləyir. Fakt? Avropa Liqasının pley-off mərhələsi və 3 turdan sonra şərikli liderlik... Davamı gəlsin.. belə getsə, “Qəbələ” çempionatın favoritlərindəndir...
1 komandada ən çox çalışan məşqçilərimizdən olan Qurban Qurbanovun səhvləri ildən ilə azalır. Ardıcıl bir neçə ildir ki, 3 cəbhədə mübarizə aparan komandanın çox nadir hallarda indiki kimi geniş heyəti olub. Məhz geniş heyətin hesabına gücləri düzgün bölüşdürən Qurban Qurbanovlu “Qarabağ”ın turnirin favoriti kimi öndə getməsi çox normal haldır.
Yarandığı gündən çempionatımıza rəng qatan “Xəzər Lənkəran”ın gənc futbolçular hesabına döyüşməsi, azarkeşləri stadiona qaytarması nə qədər xoş haldırsa, çempionatımızın ən titullu komandası “Neftçi”nin dəyişikliklərdən sonra kölgəyə çəkilməsi bir o qədər pisdir.
Yenə Qurban Qurbanov axtarışı...
Ümumiyyətlə, belə bir qanunauyğunluq yaranıb: Hər dəfə gənc bir məşqçi iş başına keçəndə Qurban Qurbanovun keçdiyi yollar xatırlanır. Gənc yaşında ona güvənilməsi gündəmə gətirilir və indiki uğurları sadalanır. “Rəvan”ın sükanı arxasına keçən Emin Quliyev bunu bacara biləcəkmi?
İlk addımlar uğurlu olsa da, konkret danışmaq çox çətindir. “Sumqayıt”a məğlub olmayıb, “Qarabağ”a baş ağrısı yaradan “Rəvan”ın 9500 nəfər tamaşaçı təzyiqi altında Lənkəranda 1 xal qazanmasında sözsüz ki, Emin Quliyevin əməyi var. Amma hadisələri zamanın axarına buraxaq... Çünki...
Çalxalandıqca, bulandıqca zaman nehrə kimi...
Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur...
Stadion problemi...
Süni örtük ümumiyyətlə problemdi... Bütün müşahidələr, aparılan araşdırmalar göstərib ki, gözə kül üfürmək üçün “yüksək səviyyəli qazon” adı verilən örtüklər də ziyandı... Həm futbolun gözəlliyinə, həm də insan orqanizminə... Çox təəssüf hissi ilə deməliyik ki, süni örtük bu gün Azərbaycan futbolunu cənginə alıb... Premyer Liqada çıxış edən klubların tən yarısı süni örtüklü meydançadan istifadə edir. Bunlardan AZAL Arena hazırda təmirdə olduğu üçün AZAL ev oyunlarını “Dalğa Arena”da keçirir. Ölkənin öndəgələn idman qurğusu Tofiq Bəhramov adına Respublika stadionu ilə yanaşı “Bakcell arena” və “Xəzər Lənkəran” mərkəzi stadionunun qazonu yaxşı vəziyyətdə deyil. Hazırda ən ideal vəziyyətdə olan meydançaya “Qəbələ” klubu malikdir. Bu isə onu göstirir ki, ölkədə meydança və qazon mütəxəssisi problemi aktualdır...
Diqqət çəkən məqam...
2004-cü ildən bu yana legionerlərin Azərbaycan futboluna olan axınını hər birimiz görmüşük.. Naci Şensoyla başlanan axında o qədər legioner boğulub, o qədəri finişə çatıb ki, bunu saymaqla qurtarmaq olmaz... Hazırda isə Azərbaycan futbolunda legionerlər azalır. Ötən ilə qədər ən azından 5 əcnəbi baş məşqçiyə rast gəlirdiksə, hazırda onların sayı ikidir – Roman Qriqorçuk və Zaur Svanadze... Sözsüz, azalmanın başlıca səbəbi maliyyədir... Amma indiki məqamda bəlkə də bu bizim lehimizə işləyən məqamdır. Qarşıda bizim qarşımızda böyük vəzifələr var və bunun üçün yerli futbolçuların, məşqçilərinin sayı çox olması vacibdir...
Hər halda, bütün bunlar mülahizələrdir... Bu gündən sabaha ümid olmasa da, heç vaxt ümidsiz olmayaq...
Elgiz ABBASOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu
"Fənərbaxça"nın rəqibi 3-cü dəfə baş məşqçisini qovdu
Messiyə görə matç təxirə salındı