UEFA Yunanıstanın "Olimpiakos" klubunun Çempionlar Liqasının qrup mərhələsində iştirakına icazə verib.
Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, "Qəbələ"nin Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi "Panatinaikos" "Olimpiakos"dan Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) şikayət edib.
"Olimpiakos"un sahibi Pirey Vangelis Marinakisin Yunanıstan futbolundakı rüşvət qalmaqalına görə həbs olunmasından sonra "Panatinaikos" Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edərək əzəli rəqibinin Çempionlar Liqasının qrup mərhələsindən kənarlaşdırılması tələbini irəli sürüb. Lakin CAS Marinakisə qarşı edilən ittihamları rədd edib və "Panatinaikos"un şikayəti təmin olunmayıb.
Qeyd edək ki, son Yunanıstan çempionu olan "Olimpiakos" Çempionlar Liqasının qrup mərhələsində birbaşa iştirak hüququ əldə edib. "Panatinaikos" isə Çempionlar Liqasının III təsnifat mərhələsində "Brügge"yə (Belçika) uduzaraq mübarizəni dayandırıb.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"