Bu yaxınlarda internetdə maraqlı xəbər oxudum. İsveçli futbol hakimlərindən biri öz qərarlarını şəxsi “facebook” səhifəsindən şərh edərək azarkeşlərin müzakirəsinə çıxaracaqmış.
Ah, Avropa, Avropa… Biz isə Xaqani Məmmədovun “hakimlərin qiymətini açıqlamaq qadağandır”, “öz aramızda müzakirələr aparıb, nəticə çıxarırıq. Mətbuat hakimlərin harda səhv yol verdiyini bilməli deyil” tipli diktatura havalı açıqlamalarıyla özümüzü ovundururq. İllər bir-birinin üstünə gəlir, amma bizim HK sədri öz inadkarlığından zərrə qədər də geri çəkilməyib. Sözüm onda deyil. Məni daha çox narahat edən FİFA referilərimizin Avropadakı karyeralarıdı. Anar Salmanovun karyerasının üstündən qara xətt çəkildikdən sonra gözümüzü gənc hakimlər Əliyar Ağayevlə Rəhim Həsənova dikmişik. Hərgah mən Anarın erkən yaşda fitə və meydana həsrət qalmasında onun özü qədər HK sədrinin də məsuliyyət daşıdığını düşünürəm. İstənilən yerdə rəhbər şəxsin müəyyən güzəşt limiti, ağsaqqalıq qabiliyyəti olmalıdı ki, çətin anlarda həmin keyfiyyətlərini işə salsın, xırda problemləri böyük faciəyə çevirmədən həll edə bilsin.
Salmanovun karyerasının inkişaf mərhələsinə qədəm qoyduğu vaxtda “vurulması” bütövlükdə Azərbaycan üçün böyük itki oldu. Deməli, bundan sonra eyni səhvlərin təkrarlanmaması üçün ölkəmizi Avropanın yaşıl meydanlarında təmsil edəcək qabiliyyətə malik olan hakimləri qorumağa çalışmalıyıq. Bu məsuliyyətdən Xaqani Məmmədov da yaxasını kənara çəkməməlidi. Bəs o neyniyir?
Tarixə nəzər yetirirəm. Ötən yay Əliyar Ağayev avrokubokların təsnifat mərhələsində iki oyun idarə etmişdi: “Aktobe”-“Dinamo” və “Şaxtyor”-“Hayduk”. Bu qarşılaşmalardan biri Çempionlar Liqasında, digəri isə Avroliqada oynanmışdı. Nə qədər arzulasaq da, qrup mərhələsində UEFA bizimkiləri xatırlamadı. Bu yay Ağayevə artıq iki təyinat göndərilib. ÇL-də APOEL - “Vardar” qarşılaşmasında ədaləti həmyerlimizin başçılıq etdiyi hakimlər briqadası qoruyub. “Vorskla”nın “Jilina”nı məğlub etdiyi oyunda da baş hakim Əliyar idi. Hiss olunur ki, UEFA ötən illə müqayisədə həmyerlimizi daha məsuliyyətli oyunlara, adlı-sanlı komandaların qarşılaşmasına göndərir. Etimadın artırılması qrup mərhələsi perspektivinə də təsir edir.
Əvəzində Xaqani Məmmədov gənc hakimə badalaq vurmağa başlayıb. İlk turda oynanılan “Qəbələ”-“Qarabağ” qarşılaşmasında Əliyarın meydan sahiblərinin qapısına penalti təyin etməsi və Rəşad Sadiqovu meydandan qovması xeyli müzakirələrə səbəb oldu. Amma şəxsən Xaqani Məmmədovun özü hakimin ciddi səhvə yol vermədiyini, qərarlarında haqlı olduğunu bildirmişdi. Belədisə, niyə sonrakı turlarda Ağayevə baş hakim kimi etimad göstərilməyib? 2-ci turda təyinat almayan Ağayev 3-cü turda Rəhim Həsənovla birlikdə qapı arxasına “təhkim olundu”. İndi gəl baş aç. Əliyar cəzalanıbmı? Cəzalanıbsa, hansı qərarına görə? Cəzalanmayıbsa, niyə baş hakim kimi təyinat almır? Cəzalıdısa, niyə ehtiyat köməkçi hakim kimi “Neftçi”nin oyununa göndərilmişdi?
Cavabsız və müəmmalı suallar çoxdu, Xaqani Məmmədov. Hakimlikdən qalmaqalla qovulanların fitnələrinə uymayın, inadkarlığınızdan əl çəkin. Yoxsa, öz çempionatımızda etimad göstərmədiyimiz hakimləri UEFA birdəfəlik yaddan çıxaracaq.
Amal ABUŞOV,
Rekord.az
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi
“Milan” Alleqrini istefaya göndərir
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA nümayəndəsi nə dedi?
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır
"Real"a keçə bilər
Messi zədələnib?
Aşağı liqaya düşən klub baş məşqçisini göndərir
Yeni klubu Toralı belə təqdim etdi - Video
Toral Bayramov Türkiyə klubuna keçdi - Rəsmi
“Dünya çempionu olmaqla rəqiblərimizi qıcıqlandırmışıq”
Azərbaycan millisi Avropa çempionatına bu heyətlə yollanır
Vəli Qafarov: “Bütün rəqiblərdən təhlükə gözləyirik”
“Qəbələ” - “Mingəçevir” matçı FİFA referisinə tapşırıldı
Konte "Napoli"dən ayrıldı
İspaniya millisinin DÇ-2026 üçün heyəti
Coy Lens Mikels mükafatlandırıldı
"Araz-Naxçıvan"dan Tərlan Əhmədli qərarı
Bombardir "Şamaxı"dan getdi
"Arsenal" Premyer Liqa rekorduna imza atdı
Bombardir və mövsümün ən yaxşı hücumçusu oldu
Sergey Yuranın yeni klubu
Əfran İsmayılov "Araz-Naxçıvan"dan ayrıldı
Azərbaycan millisində baş məşqçi ayrılığı
Haalanddan daha bir uğur
"Kəpəz"də yeni müqavilə
PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olundu
Tanınmış qapıçı karyerasını başa vurdu
“Neftçi”də qalmağı çox istəyirəm" - Elvin Camalov
Azərbaycan U-20 millisinin heyəti açıqlandı
Nəriman yenə oynamadı