Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Yanq Boyz" (İsveçrə) qarşılaşmasının biletləri bu gün satışa çıxarılıb.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, avqustun 27-si Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq oyunun biletləri stadionun kassalarında satılır.
Biletlərin qiymətləri nömrəli sektorlarda 1-15 azn arasında dəyişir.
Oyuna olan böyük maraq səbəbindən "işbaz"ların qeyri-leqal fəaliyyətinin qarşısını almaq üçün "Qarabağ" vətəndaşlardan biletləri (holoqramlı) sadəcə yeganə satış məntəqəsindən, Tofiq Bəhramov adına mərkəzi arenanın kassalarından almağı xahiş edib.
“Yuventus”a qayıda bilər
AFFA klubları cərimələdi
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"