Futzal millimizin oyunlarının tarixi dəyişdirildi

Futzal millimizin oyunlarının tarixi dəyişdirildi
XƏBƏR 24 Avqust 2015 / 12:24 1535
-  A +

Futzal üzrə Avropa çempionatının "pley-off" mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandasının Türkmənistan yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının tarixi dəyişdirilib.

Qol.Az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, qarşılaşmalar, əvvəlcədən nəzərdə tutulduğukimi, avqustun 24-də və 26-da deyil, avqustun 25-də və 27-də keçiriləcək. ABU Arena-da təşkil olunacaq hər iki oyun saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
13.02.26  19:49

Mbappe sabah oynayacaq?

topaz banner