"Qarabağ" - "Yanq Boyz": bilet satışı başlayır

"Qarabağ" - "Yanq Boyz": bilet satışı başlayır
XƏBƏR 24 Avqust 2015 / 10:41 6469
-  A +

Avropa Liqasının "pley-off" mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Qarabağ" - "Yanq Boyz" oyununun biletləri sabah satışa çıxarılacaq.

Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib.

O bildirib ki, bütün biletlər satışda olacaq. Biletlərin qiyməti 1-15 manat arasında dəyişir. VİP biletlərin qiyməti isə 50 manat olacaq.

Biletlər Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satılacaq.


Son xəbərlər