Kloze Almaniyaya getməyəcək

Kloze Almaniyaya getməyəcək
XƏBƏR 23 Avqust 2015 / 15:19 3614
-  A +

Çempionlar Liqasının pley-off mərhələsində "Bayer"lə (Leverkuzen) ilk oyunda (1:0) zədələnən "Latsio"nun futbolçusu Miroslav Klozenin durumuna aydınlıq gəlib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, almaniyalı futbolçu qarşıdakı 10 gün ərzində komandasına kömək edə bilməyəcək.

Klubun həkimi Stefano Salvator 37 yaşlı futbolçunun Çempionlar Liqasında "Bayer"lə cavab görüşündə və A Seriyasının II turunda "Kyevo" ilə oyunda komandasına kömək edə bilməyəcəyini deyib. 

Qeyd edək ki, "Bayer" və "Latsio" arasında cavab görüşü avqustun 26-da, Almaniyada keçiriləcək.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner