“Neftçi”nin seleksiya xidmətinin rəisi Bəxtiyar Musayev klubun rəsmi saytına müsahibə verib.
- İlk olaraq görülən seleksiya işləri ilə bağlı danışardınız.
- Ötən mövsüm başa çatdıqdan sonra komandada bir sıra dəyişikliklər oldu. Bəzi futbolçuların klubla müqaviləsi başa çatdı, bəziləri ilə yollarımız ayrıldı. İndiki heyətdə yerli və gənc futbolçular çoxluq təşkil edir. Legionerlərin sayı az olduğu üçün yerli futbolçuların oynaması üçün daha yaxşı şərait yaranıb. Bu, heyətə düşmək üçün bir növ fürsətdir. Yerli futbolçular arasında rəqabət artıb və onlar meydana çıxmaq üçün daha çox şansa malikdirlər. Biz də futbolçu olmuşuq və bilirik ki, ehtiyatda oturmaqla, oyun keçirməməklə inkişaf etmək olmur. Mənə rəhbərlik tərəfindən aşağı yaş qrupu komandalarının oyununu diqqətdə saxlamaq tapşırılıb. Fəaliyyət sahəmiz bir az da genişlənib. Məsələn U-19, U-17, U-16 komandalarının oyunlarına da baxırıq və seçimimizi edirik. İstəyirik ki, futbolçuların çatışmayan tərəflərini erkən yaşlarından görək və bu barədə onların məşqçilərinə tövsiyyələrimizi verək. Futbolçu da əsas komandaya gələndə ən azı taktiki-texniki cəhətdən hazırlıqlı olsun.
- Milli komandanın heyətinə "Neftçi" nin 5 futbolçusu çağırıldı.
- Mart ayında milli komandanın heyətinə “Neftçi”dən heç kim çağırılmamışdı və mən o vaxt da demişdim ki, ən azından Arazla Aqil dəvət olunmalı idi. İyun ayında 2 futbolçumuza dəvət göndərildi. Sevindirici haldır ki, bu dəfə 5 futbolçumuz millinin düşərgəsinə çağırıldı. Futbolçularımız da çalışmalıdırlar ki, milli komandamıza çağırılmaqla kifayətlənməsinlər və orada möhkəmlənsinlər. Buna görə də gərək ilk olaraq “Neftçi”nin heyətində parlaq oyun göstərsinlər.
- Əsas komandada hansısa mövqelərə transferlər gözlənilirmi?
- Bildiyiniz kimi, bir neçə gün öncə slovakiyalı qapıçı Mixal Peskoviç transfer edildi. Düzü əvvəlcə yerli qapıçılarla danışıqlar aparılsa da, razılığa gəlinmədi. Hazırda Aqil Məmmədov yaxşı formadadır. Milliyə dəvət alanlar arasında o da var. İnsani və idmançı keyfiyyətləri ilə fərqlənir. Qapıçılarla işləyən məşqçi Dmitri Kramarenko da Aqildən razıdır. Maksim Vaylo hələ gəncdir amma onun da böyük perspektivi var. Futbolda zədə və cəzalardan qaçmaq olmur. Heyətdə 3 qapıçının olması rəqabətə də müsbət təsir göstərir. Peskoviç təcrübəli qapıçıdır və düşünürəm ki, o komandaya faydalı olacaq. Hücumçu mövqeyinə də artıq bir futbolçu ilə anlaşmışıq. İspaniyalı Antonio Quinta artıq Bakıya gəlib. Tibbi müayinə keçdikdən sonra onunla müqavilə imzalanacaq. Bundan əvvəl “Levski” klubunda oynayıb və yetərincə yaxşı çıxış edib. Ümumiyyətlə kluba hər hansı futbolçu cəlb olunmamışdan əvvəl bu məsələ seleksiya işi ilə bağlı toplanışda hərtərəfli müzakirə olunur və yekdil rəy əsasında futbolçu dəvət edilir.
- Əvəzedici heyətdə əsas komandaya namizəd futbolçular varmı?
- Yerli futbolçular üçün əsas komandaya yol elə əvəzedici heyətdən keçir. Mütəmadi olaraq onları izləyirik və təbii ki, onlar arasında da əsas komandaya namizədlər var. Əvəzedicilərimiz mövsümə də yaxşı başlayıblar. Komanda 3 oyundan 7 xal yığıb və turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. Yenə də nəticə barədə danışmaq üçün hələ tezdir. Əsas komandada iş necə qurulubsa, aşağı yaş qruplarına da o səviyyədə nəzarət var. Komplektləşmə əvəzedici komandada öz effektini artıq verməyə başlayıb, bu iş özünü tədricən digər yaş qruplarında da doğruldacaq.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video