"Yuventus" 75 milyonluq təklifini rədd etdi

"Yuventus" 75 milyonluq təklifini rədd etdi
XƏBƏR 23 Avqust 2015 / 11:40 5784
-  A +

"Çelsi" "Yuventus"un futbolçusu Pol Poqbanı transfer etməkdə israrlıdır.

Qol.Az-ın "Sky Sport İtalia"ya istinadən verdiyi məlumata görə, London təmsilçisi fransalı futbolçunun transferi üçün 75 milyon avro təklif edib.

22 yaşlı futbolçu "Çelsi"nin təklifini qəbul edəcəyi təqdirdə ilinə 8 milyon avro qazanacaq. Lakin "Yuventus" "Çelsi"nin təklifini rədd edib. Rəhbərlik Poqbanı komandada saxlayacaqlarını açıqlayıb.

Qeyd edək ki, Fransa millisinin üzvü 2012-ci ildə "Mançester Yunayted"dən "Yuventus"a transfer olunub.


Son xəbərlər