Yığmamızdan ikinci qələbə

Yığmamızdan ikinci qələbə
XƏBƏR 23 Avqust 2015 / 00:36 3165
-  A +

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş “Baltic Cup” turnirində ikinci oyununu keçirib.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Latviyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız qələbə qazanıb – 4:0.

Nigar Cəlillinin dubl etdiyi oyunda hərəyə 1 dəfə Kristina Bakarandze və Aysun Əliyeva fərqlənib.

Qeyd edək ki, yığmamız turnirdəki ilk oyununda litvalı həmyaşıdlarını 1:0 hesabı ilə məğlub edib. Komandamız avqustun 23-də Estoniya yığması ilə qarşılaşacaq.

Son xəbərlər