Azərbaycan Premyer Liqasının III turunun bu gün keçiriləcək oyununda “Qəbələ” “Kəpəz”lə qarşılaşacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranacaq fasilədən öncə baş tutacaq qarşılaşma rəqiblərin 9-cu dueli olacaq.
“Qırmızı-qaralar” indiyədək 8 dəfə Gəncə təmsilçisi ilə üz-üzə gəlib. Bu görüşlərin hamısı Premyer Liqa çərçivəsində keçirilib. Bu oyunlar 3 mövsümə təsadüf edib. 2010-cu il oktyabrın 31-də rəqiblər arasında ilk qarşılaşma baş tutub. Həmin oyunda qalib müəyyənləşməyib – 0:0.
Ümumiyyətlə, 2010/11 mövsümündə komandalar 4 dəfə üz-üzə gəlib və bütün matçlar heç-heçə nəticələnib. Yalnız mövsümün 3-cü duelində - 7-12-ci yerlər uğrunda qarşılaşmada qol qeydə alınıb – 1:1. Digər 3 oyunda 0:0 hesabına təsadüf olunub. Qəbələdə vurulan ilk qolun müəllifi qonaqların qapısına yol tapan Murad Hüseynov olub. İlk 4 oyunda “Gəncə” adı altında çıxış edən rəqib sonradan “Kəpəz” adını qaytarıb.
2011/12 və 2012/13 mövsümlərinin hərəsində iki dəfə “Qəbələ” ilə “Kəpəz” qarşılaşıb. Bu 4 oyunun hamısında meydan sahibi olan komanda qalib gəlib. Ümumilikdə rəqiblərin hərəsinin iki qələbə qazandığı duellərdə 4 bərabərlik qeydə alınıb. Top fərqində “qırmızı-qaralar” üstündür – 7:5. Bu 12 qola ümumilikdə 11 futbolçu imza atıb. Yalnız gəncəlilərin braziliyalı hücumçusu Junivan Suares 2 dəfə fərqlənib. “Qəbələ” evdə keçirdiyi 4 oyundan ilk ikisində heç-heçə edibsə, sonrakı qarşılaşmalarda eyni hesabla qalib gəlib – 2:0. "Qəbələ"nin son 3 ev oyununda 2 qol vurulub. Məhz “Qəbələ”nin meydan sahibi olduğu qarşılaşma rəqiblərin son dueli olub. Həmin matçdan 1007 gün sonra rəqiblər yenidən üz-üzə gələcək.
2010/11. Premyer Liqa
31.10.2010. “Gəncə” – “Qəbələ” - 0:0
2010/11. Premyer Liqa
27.02.2011. “Qəbələ” – “Gəncə” - 0:0
2010/11. Premyer Liqa
02.04.2011. “Qəbələ” – “Gəncə” - 1:1
Murad Hüseynov, 26 // Junivan Suares, 56
2010/11. Premyer Liqa
12.05.2011. “Gəncə” – “Qəbələ” - 0:0
2011/12. Premyer Liqa
16.10.2011. “Qəbələ” – “Kəpəz” (Gəncə) - 2:0
Deon Barton, 41; Dodo, 53
2011/12. Premyer Liqa
07.03.2012. “Kəpəz” (Gəncə) – “Qəbələ” - 3:2
Sabir Allahquliyev, 72; Yuri Fomenko, 75; Junivan Suares, 87 // Lyuba Baranin, 32; Yannik Kamanan, 85
2012/13. Premyer Liqa
15.09.2012. “Kəpəz” (Gəncə) – “Qəbələ” - 1:0
Bəxtiyar Soltanov, 41
2012/13. Premyer Liqa
19.11.2012. “Qəbələ” – “Kəpəz” (Gəncə) - 2:0
Viktor Mendi, 61; Rəşad Abdullayev, 66 (p.)
"Torpedo" bizdən daha hazırlıqlı idi" - Rəşad Sadıqov
"Sürpriz hazırlamışdıq, amma "Zirə" çox güclü rəqib çıxdı"
“Zirə”dən ilk oyunda böyükhesablı qələbə
“Qarabağ”ın “Vestri” hazırlığından - Şəkillər
İsveçrə millisinin qapıçısı rəqiblərini üstələdi
FİFA Fransanın şikayətini rədd etdi
Qurban Qurbanovdan Elvinlə bağlı açıqlama
"Real" Vinisius üçün son tarix müəyyənləşdirib
“Zirə” - “Torpedo”: Heyətlər
Poqba "Monako"dan gedə bilər
Raşford "Mançester Yunayted"ə qayıdır
"Kəpəz" Ehtiram Şahverdiyevlə yolları ayırdı
"Beşiktaş"dan yeni transfer - Rəsmi
Zlatko Daliç də millidən getdi
"İmişli"dən günün 3-cü transferi
Roberto Martinez Portuqaliya millisindən getdi
Futbolçularımızın Qırğızıstan seçimi - 5 oldu
Meydana girib Messi ilə dava etmək istədi - Video
Blindin "Ayaks"a dördüncü gəlişi
İbrahimoviçlə yeni müqavilə imzalandı
Məşhur futbolçunun oğlu “İnter”də
"İmişli" Bəxtiyar Həsənalızadəni transfer etdi
Azərbaycanı avrokuboklarda bu komandalar təmsil edəcək
72 il sonra yenidən 1/4 finalda
Azərbaycan növbəti böyük idman yarışına hazırlaşır
Dünya çempionatları tarixinin 3000-ci qolu
Messi: "Özümə çox əsəbiləşmişdim"
32 il sonra ilk dəfə...
“Hakimlikdən danışsam, böyük problem yaşayacağam”
Fərid Nəbiyev "İmişli"də
Penaltilər seriyası, İsveçrənin qələbəsi - Video
Arbeloa bu klubun baş məşqçisi təyin olundu - Rəsmi
DÇ-2026: 1/4 finalın bütün cütlükləri
Sonuncu 1/4 finalçı İsveçrə oldu - Yenilənib
Çempionlar Liqasında yeni mövsümə 10 oyunla start verildi
"Sabah"ın ÇL-də ilk oyunu və qələbəsi - Video
Bombardirlik yarışında son vəziyyət - DÇ-2026
Argentinadan möhtəşəm geridönüş - Video
Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu
“Sabah”ın potensial rəqiblərinin oyununda kim qalib gəldi?