“Qəbələ” “Kəpəz”lə oyuna hazırdır

“Qəbələ” “Kəpəz”lə oyuna hazırdır
XƏBƏR 22 Avqust 2015 / 18:50 2655
-  A +

“Qəbələ” Azərbaycan Premyer Liqasının III turunun hazırlığını davam etdirir.

Qol.Az-ın klubun saytına istinaədn yaydığı xəbərə görə, “qırmızı-qaralar” “Kəpəz”lə  ev oyununa Qəbələ şəhər stadionunda hazırlaşır.

UEFA Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la (Yunanıstan) Bakıda keçirilən ilk oyunundan (0:0) sonra məşqlərə ara verməyən komanda Qəbələyə qayıdaraq, ilk məşqini gerçəkləşdirib.
 Dünən baş tutan axşam məşqinə “Qəbələ” tam heyətlə çıxıb. İtkisiz hazırlaşan komanda  əsasən toplu çalışmalara üstünlük verib

Xatırladaq ki, “Qəbələ” – “Kəpəz” matçı avqustun 23-də keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.

Son xəbərlər