Azərbaycanın daha iki idmançısı Rio-de-Janeyro olimpiadasına lisenziya qazanıb.
Qol.Az-ın məlumatına görə, kayakçı İnna Osipenko-Rodomska və kanoeçi Valentin Demyanenko ölkəmizi növbəti olimpiyadada təmsil edəcək.
Kayakçı İnna Osipenko-Rodomska bu uğura İtaliyanın Milan şəhərində keçirilən dünya çempionatında imza atıb.
Qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə yer alan Osipenko-Rodomska seçmə mərhələdə Ana Paula Verquts (Braziliya), Oona Vasko (Finlandiya), Maya Rozenkrans İrgens (Danimarka), Liza Karrinqton (Yeni Zelandiya), Mişel Lui Russell (Kanada), Sofia Kampana (İtaliya), Daniela Kondratova (Latviya) və Zoya Manayeva (Moldova) ilə yarışıb. Finişə 1 dəqiqə 54,609 saniyəyə çatan təcrübəli kayakçı yalnız yeni zelandiyalı Liza Karrinqtondan 0,318 saniyə geri qalaraq, 2-ci yeri tutub.
Qaydalara əsasən, qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə ilk "7-liy"ə düşənlər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Bu səbəbdən, onların arasında İnna Osipenko-Rodomska da yer alıb.
Qeyd edək ki, bu, Azərbaycanın avarçəkmə növlərində növbəti olimpiadaya qazandığı ilk lisenziya olub.
32 yaşlı idmançımız Demyanenko da İtaliyanın Milan şəhərində keçirilən kayak və kanoe üzrə dünya çempionatında ilk "7-liy"ə düşməklə bu uğura imza atıb.
"Bakı 2015" I Avropa Oyunlarının gümüş mükafatçısı, 4 qat dünya və 4 qat Avropa çempionu 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə çıxış edib. Ona seçmə mərhələdə Suren Malxasyan (Yunanıstan), Kastilyo Kastaneda (Meksika), Ronni Ratya (Venesuela), Yuri Çeban (Ukrayna), Naoya Sakamoto (Yaponiya), Madumetya Fillemo Maema (CAR), Abraham Leo Ekiye (Nigeriya) və Vieqas de Seyta (San-Tome və Prinsipi) rəqib olub. Demyanenko yürüşü 40,518 saniyəyə tamamlayaraq, 1-ci yeri tutub və yarımfinala yüksəlib.
Növbəti mərhələdə onun rəqibləri Keyruş Dos Santos (Braziliya), Tomas Simart (Fransa), Adel Mojallalimoğadam (İran), Oleq Tarnovski (Moldova), Karel Palma (Çexiya), Alvaro Torres (Çili), Spens Stuber Mehu (İndoneziya) və Suren Malxasyan (Yunanıstan) olub. Finişə 39,021 saniyəyə çatan Azərbaycan təmsilçisi yalnız Keyruş Dos Santosdan 0,160 saniyə geri qalaraq, 2-ci yeri tutub və elə braziliyalı rəqibi ilə birgə finala vəsiqə qazanıb.
Bu gün keçirilən həlledici yürüşdə Demyanenko finişə 39,489 saniyəyə çataraq, 6-cı yeri tutub
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"