"Fənərbaxça" PSJ-nin hücumçusunu transfer edir

"Fənərbaxça" PSJ-nin hücumçusunu transfer edir
XƏBƏR 22 Avqust 2015 / 14:19 10633
-  A +

Türkiyənin “Fənərbaxça” klubu  PSJ-in futbolçusu Ezequel Lavezzini transfer etməyə yaxındır.

Qol.Az-ın məlumatına görə, bu barədə “Bu gün” qəzeti xəbər yayıb.

Bildirilir ki, argentinalı hücumçunun meneceri İstanbula gələrək “Fənərbaxça” ilə anlaşıb. Bu transfer üçün “sarı lacivərdlilər”in Paris klubuna 10 milyon avro ödəyəcəyi iddia edilir. 

Qeyd edək ki, 2012-ci ildə “Napoli”dən PSJ-yə transfer olunan futbolçu ötən mövsüm  Fransa Liqasında 31 oyuna çıxıb və 8 qol vurub.

Son xəbərlər