Bu gün "525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, publisist, Rəşad Məcidin 51 yaşı tamam olur. Bu münasibətlə R.Məcidin Bakuinfo.Az saytına verdiyi müsahibəni təqdim edirik.
- Rəşad müəllim, istərdim ənənəvi doğum günü sualımızı cavablayasınız. İlk təbriki kimdən aldınız?
- Dünən gecə "Qarabağ"ın Avroliqanın pley-off mərhələsi çərçivəsində "Yanq Boyz"la oyunu var idi. Bildiyiniz kimi mən də həmişə bu komandanın oyunlarına getmişəm, dəstəkləmişəm və "Qarabağ"ın beynəlxalq yarışlarda iştirakının həm də siyasi məsələ olduğunu söyləmişəm. Dünən də doğma komandamın oyununa baxırdım. İkinci hissə başlayan kimi çox gözəl bir qol vurduq. Hesab edirəm ki, bu qol ad günümün başlanğıcında ilk təbrik və ən gözəl hədiyyə oldu. Oyundan bir az sonra "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov da mənə dedi ki, bu sizin ad gününüzə ən gözəl hədiyyədir. Eyni zamanda saat 12 olan kimi doğma insanlar, əziz adamlar SMS yazmağa başladılar. Bu təbriklər və xoş sözlərdən heç vaxt xali olmamışam. Ötən il 50 yaşım tamam olanda haqqımda yazılan məqalələrdən, yazılardan ibarət "Cığıraçan" adlı bir kitab çap etdirdim. Orada çox gözəl sözlər var ki, bəlkə kimlərəsə ömrü boyu elə sözlər deyilməyib. Ona görə sözdən təsirlənən adam kimi bunlara yüksək qiymət verirəm. Candərdi təbriklərlə ürəkdən gələn təbrikləri də seçə bilirəm. Bu gün səhərdən həm sosial şəbəkədə, həm SMS, həm zənglərlə təbrik edirlər. Hamısı sağ olsun, minnətdarlığımı bildirirəm.
- Rəşad müəllim, o dediyiniz candərdi təbriklərə candərdi cavab verirsiniz, yoxsa?
- Adətən sosial şəbəkələrdə belə təbriklər çox olur və hamısına geniş cavab vermək mümkünsüzdür. Ürəkdən gələn təbriklərə çalışıram ki, ürəkdən cavab verim. Amma digərlərinə "protokola" uyğun minnətdarlığımı bildirirəm.
- Xüsusi gözlədiyiniz təbrik olur? Çünki yaradıcı insan üçün bu çox vacibdir...
- Əlbəttə, insan müxtəlif vaxtlarda, müxtəlif illərdə kimlərinsə təbrikini gözləyir. Amma adətən təbrik gözlədiyim adamlar təbrikləri vaxtında göndərirlər.
- İnsan doğum günündə həm də özünə hesabat verir, bir il ərzində itirdiklərini, qazandıqlarını yada salır. Bu mənada qazancınız daha çoxdur, itirdikləriniz?
- Keçən ildən bəri həyatım zəngin oldu. Əlli yaşımdan sonra kitablar çap etdirdim. Şeirlərimdən ibarət "Bir də gəlməyəcək" kitabı çıxdı, akademik İsa Həbibbəyli haqqımda kitab yazdı və məni yazmağa sövq elədi. Bu yaxınlarda Milan şəhər bələdiyyəsinin binasında italyan dilində çapdan çıxmış "O" adlı şeirlər kitabım və şeirlərimə italyan dilində bəstələnmiş musiqilərdən ibarət diskin təqdimatı keçirildi.
- Yeri gəlmişkən, son vaxtlar şeirlərinizə bəstələnən mahnıların sayı artıb...
- Doğrusu, şeirlərimə mahnıların bəstələnməsi mənim özümdən asılı olmadan artdı. Xumar Qədimova da sağ olsun, "Bir də gəlməyəcək" şeirimə musiqi bəstələdi. Həmçinin Tünzalə Ağayevə, Ayan Babakişiyeva da şeirlərimə mahnılar oxuyublar. Bu yaxınlarda xalq artisti Nəzakət Teymurova "O" adlı şeirimə bəstələnmiş mahnını oxuyacaq.
- Jurnalist lazımı məqamda sərt ola bilir. Şair isə kövrək təbiətə malik insandır. Xarakterinizdə bu iki keyfiyyətdən hansı üstünlük təşkil edir?
- Mənim xarakterim ziddiyyətlidir. Yaradıcı adam bir anın içində coşa da, sevinə də, qüssələnə də bilər. Şeir isə insan vəziyyətinin anormal halıdır və bu həmişə olmur. Bəzən olub ki, 15 il şeir yazmamışam. Şeir ovqatı ayrıdır. Şübhəsiz ki, gündəlik tədbirlərdə, ictimai-siyasi proseslərdə iştirak edirəm. Ola bilsin ki, emosional ovqatım bəzən müsahibələrimdə, çıxışlarımda da özünü büruzə verir. Hər halda çalışıram ki, proseslər daha soyuqqanlı baxım.
- Bilirəm ki, 10, 15, hətta 30 ildir dostluq etdiyiniz insanlar var. Belə uzunmüddətli dostluğun formulu çox maraqlıdır...
- Bir neçə aylığımdan dostluq elədiyim insan var və bu, Azərbaycanda nadir hadisədir. Körpəlikdən dostluq etdiyim Vaqiflə indi də münasibətlərimiz yüksək səviyyədədir. Ondan başqa orta məktəbdən, ali məktəbdən də dostlarım var. Ola bilsin ki, insanlarla ünsiyyətdə səmimi, düz olmuşam, heç vaxt oynanamışam. Nəyəmsə, o olmuşam, qəzəbimi də, sevgimi də görüblər. Ona görə tellər möhkəm bağlanıb.
- Rəşad müəllim, kədərli də olsa, Ağdamsız növbəti doğum gününüzdür...
- Bayaq da dedim, "Qarabağ"ın qalib gəlməsi Ağdamsızlığı bizə bir az unutdurur, məğlubiyyət kompleksini aradan götürür. Əminəm ki, gün gələcək, üçrəngli Azərbaycan bayrağı Şuşada, Ağdamda dalğalanacaq.
Redaksiyadan: Qol.Az saytı olaraq, bizə hər zaman dəstək olmuş Rəşad Məcidi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və işlərində uğurlar arzulayırıq.
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"