Naci Şensoy: "Qürur duy, can Azərbaycan!"

Naci Şensoy: "Qürur duy, can Azərbaycan!"
XƏBƏR 21 Avqust 2015 / 13:18 11206
-  A +

Vaxtilə "Turan Tovuz" klubunun baş məşqçisi vəzifəsində işləmiş Naci Şensoy "Qarabağ"ı Avropa Liqasının pley-off mərhələsində səfərdə İsveçrə təmsilçisi "Yanq Boyz" üzərində qələbə (1:0) münasibəti ilə təbrik edib.

Qol.Az-ın məlumatına görə, türkiyəli mütəxəssis şəxsi "Facebook" hesabında bunları bildirib:

"Avropa Liqasının pley-off mərhələsində səfərdə "Atromitos" üzərində qələbə münasibətilə "Fənərbaxça"nı nə qədər təbrik etmək gərəkərsə, Azərbaycan klubu "Qarabağ"ın "Yanq Boyz" üzərində qələbəsindən də bir o qədər qürur duymalıyıq. Qarabağ torpaqlarının sadəcə Azərbaycana aid olduğunu idman vasitəsilə Avropaya sübut etməkdən daha gözəl bir yol yoxdur. Təbriklər Türkiyə, qürur duy, can Azərbaycan!"
 

Daha çox


Son xəbərlər
13.02.26  19:49

Mbappe sabah oynayacaq?

topaz banner