"Barselona" apellyasiya şikayəti verdi

"Barselona" apellyasiya şikayəti verdi
XƏBƏR 20 Avqust 2015 / 12:34 4637
-  A +

"Barselona" klubu müdafiəçisi Jerar Pikenin cəzasının yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayəti verib.

Qol.Az-ın "Football Espana"ya istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi İspaniya superkubokunun "Atletik"lə cavab matçında yan xətt hakimini təhqir etdiyi üçün 4 oyunluq cəzalandırılan Pikenin cəzasının yüngülləşdirilməsini istəyir.

"Barselona"nın şikayəti təmin olunmasa, Pike La Liqanın ilk 4 turunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Barselona" La Liqanın ilk 4 turunda "Atletik", "Malaqa", "Atletiko" və "Levante" ilə qarşılaşacaq.


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...