"Marsel"in yeni baş məşqçisi rəsmiləşdi

"Marsel"in yeni baş məşqçisi rəsmiləşdi
XƏBƏR 19 Avqust 2015 / 20:29 2596
-  A +

"Marsel"in yeni baş məşqçisinin kimliyi rəsmiləşib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Marselo Bielsanın istefasından sonra boş qalmış baş məşqçi vəzifəsinə Xose Migel Qonzales gətirilib. İspan mütəxəssislə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Fransa mətbuatı isə M. Qonzaleslə iki illik müqavilə imzalandığını yazıb.

Qeyd edək ki, M.Qonzalesin son iş yeri Yunanıstan "Olimpiakos" klubu olub.


Son xəbərlər