"Zəif deyil, güclü rəqiblə oynayacağımızı bilirik"

"Zəif deyil, güclü rəqiblə oynayacağımızı bilirik"
XƏBƏR 19 Avqust 2015 / 19:39 6000
-  A +

"Komanda artıq çətin dövrünü geridə qoyub. Sabahkı oyunda da “Panatinakos”un yüksəlişə keçdiyini göstərməyə çalışacağıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Panatinaikos”un futbolçusu Nikos Marinakis Avropa Liqasının "pley-off" mərhələsində "Qəbələ" ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O bildirib ki,  “Qəbələ”nin 3 mərhələni uğurla adlaması komandanın gücünü göstərir:

"Zəif deyil, güclü rəqiblə oynayacağımızı bilirik. Bütün gücümüzü meydanda qoyacağıq”. 

N.Marinakis “Panatinaikos”un ulduz futbolçusu Maykl Essyenin yoxluğundan da söz açıb: “Essyenin komandada olması bizim üçün əlavə güc olardı. Amma əvvəllər də onsuz oynamışıq. Hazırkı heyətlə də oyunumuzu göstərməyə qadirik”.

 

Daha çox


Son xəbərlər
25.05.26  19:14

"Real"a keçə bilər

25.05.26  18:49

Messi zədələnib?

topaz banner