Pikeyə ağır cəza

Pikeyə ağır cəza
XƏBƏR 19 Avqust 2015 / 16:21 8931
-  A +

İspaniya superkubokunun "Atletik"lə cavab matçında (1:1) yan xətt hakimini təhqir edən "Barselona"nın futbolçusu Jerar Pikenin cəzası bəlli olub.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, İspaniya Futbol Federasiyası 28 yaşlı futbolçunu cəzalandırıb.

"Atletik"lə matçın 56-cı dəqiqəsində yan xətt hakimini söydüyü üçün meydandan qovulan Pike qarşıdakı 4 oyunda komandasına kömək edə bilməyəcək. O, La Liqada "Atletik", "Malaqa", "Atletiko" və "Levante" ilə oyunları buraxmalı olacaq.

Qeyd edək ki, İspaniya La Liqasında 2015/2016 mövsümü avqustun 21-də keçiriləcək "Malaqa" - "Sevilya" matçı ilə start götürəcək.


Son xəbərlər