Pike üzr istədi

Pike üzr istədi
XƏBƏR 19 Avqust 2015 / 11:07 4649
-  A +

İspaniya superkubokunun "Atletik"lə cavab matçında (1:1) yan xətt hakimini təhqir edən "Barselona"nın futbolçusu Jerar Pike üzr istəyib.

Qol.Az-ın məlumatına görə, bu barədə "tvitter" səhifəsində yazan ispaniyalı futbolçu etdiyi hərəkətin yanlış olduğunu bildirib:

"Yan xətt hakimini söydüyüm üçün üzr istəyirəm. Bu, düzgün hərəkət deyildi. Oyunda gərginlik yüksək həddə idi. Ancaq heç bir halda kimisə təhqir etmək olmaz".

Qeyd edək ki, hakimi söydüyü üçün Pikenin 4-12 oyunluq cəzalandırılacağı gözlənilir. 


Son xəbərlər
13.02.26  19:49

Mbappe sabah oynayacaq?

topaz banner