Suaresdən növbəti şok hərəkət: ağlı başına gəlməyib... (VİDEO)

Suaresdən növbəti şok hərəkət: ağlı başına gəlməyib... (VİDEO)
VİDEO 25 Fevral 2015 / 14:44 13193
-  A +

"Barselona"nın futbolçusu Luis Suares Çempionlar Liqasının 1/8 finalında "Mançester Siti"yə qarşı matçda etdiyi şok hərəkətlə yenidən gündəmə gəlib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, uruqvaylı hücumçu rəqib komandanın oyunçusu Martin Demiçelisin əlini dişləmək istəyib. Lakim rəqib futbolçu həmin an qaçdığı üçün Suares istəyinə nail ola bilməyib. Britaniya mətbuatı L.Suaresin M.Demiçelisin əlini dişləmək istədiyi epizodun vidogörüntüsü də yayımlayıb.

Xatırladaq ki, L.Suares bundan əvvəl üç dəfə rəqib futbolçunu dişləyib. O, İngiltərədə Branislav İvanoviçi dişlədiyi üçün 10 oyun, Hollandiyada Otman Bakkala eyni hərəkəti etdiyinə görə 7 oyunluq cəzalandırılmışdı. L.Suaresə ən ağır cəza Uruqvay millisi ilə "DÇ-2014"də İtaliya yığmasının müdafiəçisi Corcio Kyellinini dişlədiyi zaman verilib.

Bu hərəkətinə görə o, FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılmış və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulmuşdu.



Son xəbərlər