Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq Rusiya millisinin baş məşqçisi Qus Hiddink bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oyunqabağı mətbuat konfransı keçirib. Hiddink ilk növbədə sabahkı matçla bağlı fikirlərini bildirib:
- Almaniyaya məğlubiyyət Bakı səfərimizin şərtlərini dəyişdi. Çünki qalib gəlsəydik, mundiala yollanmaq üçün sabah burada mütləq qələbə qazanmalıydıq. Səfər oyunlarında yaxşı oynayıb, nəticə qazanmağımıza baxmayaraq, dünya çempionatına yollanmağımız hələ də sual altındadır. Almaniyayla oyuna qədər keçirdiyimiz bütün oyunlardan razı qalmışdım. Lakin Almaniyaya məğlubiyyət bizi razı sala bilməz. Azərbaycanla oyunöncəsi fərqli duyğular keçiririk. Bu oyuna çox ciddi hazırlaşmışıq. Nəticə qazanmağa çalışırıq.
- 6 oyunçunuzun sarı vərəqəsi var. Sabahkı oyunda onların heç biri meydana çıxmayacaq?
- Təbii ki, bu səbəbdən bəzi oyunçular sabah meydana çıxmayacaq. Lakin konkret olaraq kimin oynayıb, kimin oynamayacağını dəqiq deyə bilmərəm.
- Dəvət etdiyiniz iki debütanta sabah şans verəcəksiniz?
- Bu oyunun gedişindən asılı olacaq. Bəlkə də ikinci hissədə onlara şans verdim.
- Almaniyaya məğlubiyyətdən sonra komandanın düşərgəsində ab-hava necədir?
- Təbii ki, məyusuq. Düzdür, biz heç də zəif yox, futbol adət-ənənələri olan ölkənin komandasına uduzmuşuq. Artıq dünən almanlarla oyundan sonra bir məşq keçmişik. Uşaqların istəkli olduğunu məşqdə açıq-aşkar gördüm.
- Millimizin Lixtenşteynə qarşı keçirdiyi son oyunu izləmisiniz?
- Təəssüf ki, həmin oyuna baxa bilmədim. Amma millinizin Almaniyaya qarşı keçirdiyi oyunu izləmişəm. Bilirəm ki, Azərbaycan komandası çox texnikalıdır.
- Sabahkı oyunda heyətdə eksperiment etmək fikriniz var?
Xüsusən də müdafiə xəttində dəyişikliklər olacaq?
- Milli komandada təcrübə keçirmək, eksperiment aparmaq imkanı elə də geniş deyil. Amma oyunun gedişində hansısa dəyişikliklər mümkün olacaq. Müdafiədə çətinliklərimiz var. Bu səbədən də arxa xətdə kiçik dəyişikliklə etməyimiz mümkündür.
- Dediniz ki, Lixtenşteynlə oyunu izləməmisiniz. Bunun səbəbi nədir, ehtiyac duymadınız, yoxsa vaxtınız olmayıb?
- Mən bayaq da dedim ki, almanlarla oyuna baxmışam və bu kifayətdir. Mən hesab edirəm ki, Azərbaycan millisi bizə Almaniyaya yaratdığından daha çox problem yaradacaq.
- Məğlubiyyət sizin üçün faciə olacaq?
- Biz heç vaxt uduzmaq haqda düşünmürük. Bilirəm ki, Azərbaycan bizə qarşı xüsusi motivasiya ilə çıxacaq, Biz uduzmaq istəmirik, amma indiki halda daha çox play-off oyunları barədə düşünürük.
"Komo" "Milan"dan 16 yaşlı hücumçunu aldı
"Atletiko"nun sabiq oyunçusu "Turan Tovuz"da - Rəsmi
"Qarabağ" növbəti transferini açıqladı - Rəsmi
"Beşiktaş" onu azad agent kimi transfer edir
"Araz-Naxçıvan" "Alanyaspor"la bərabərə qaldı
"Şamaxı"dan daha bir transfer - Rəsmi
İbrahim Şehiçi transfer etdilər
"Sumqayıt" yeni transferini açıqladı - Yenilənib
A seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yeniləndi
"Fənərbaxça" 18 yaşlı futbolçu transfer etdi
"Turan Tovuz" onu da göndərdi
Henderson yenidən Premyer Liqada
Azərbaycan millisinin üzvü “Sabah”la müqaviləsini ləğv etdi
Araz Abdullayevin yeni klubu - Rəsmi
1-ci liqanın başlama tarixi məlum oldu
"Sumqayıt"da növbəti ayrılıq
"Bayer"in yeni səfər formaları - Şəkillər
Cicanın transferini açıqladılar
Özbək hücumçunun İstanbul klubuna keçidi rəsmiləşdi
Azərbaycan klublarının Avropada 500-cu qolu
"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"lını transfer etdi
"Real" yeni transfer üçün razılaşdı
Dünya çempionu "Roma"dan bu kluba keçdi
Arda Turandan əla rəsmi debüt - Video
“Tottenhem”dən yeni transfer
Konfrans Liqasında gecənin nəticələri
Avroliqada yeni mövsüm başladı
"Sabah" - "Çelye" oyunundakı 5 qol - Video
"Atletik"in oyunçusu futboldan kənarlaşdırıldı
"Bizə daha çox güvənin" - Valdas Dambrauskas
"Hazırda cütün ən güclüsü bizik" - "Çelye"nin baş məşqçisi
"Sabah" "Çelye"yə məğlub oldu
"Qarabağ"da növbəti ayrılıq - Bu kluba keçdi
"Liverpul"un oyunçusu yalnız "Real"ı istəyir
"Milan" onun Səudiyyə Ərəbistanı klubuna keçidini açıqladı
Edin Cekonun bu kluba keçidi açıqlandı
"Sabah" - "Çelye" matçı üçün - Heyətlər
"Şamaxı"dan yeni transfer - Rəsmi
"Turan Tovuz" növbəti transferini rəsmən açıqladı
"Sumqayıt"dan yayın ilk transferi - Rəsmi
"Sumqayıt"ın yeni baş məşqçisinin köməkçiləri müəyyənləşdi
"Məqsəd "Mingəçevir"i çempion etməkdir"
Cordan Henderson "Ayaks"dan ayrıldı