Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq Rusiya millisinin baş məşqçisi Qus Hiddink Bakıda məskunlaşacaqları “Hyatt Park” otelində futbolçularının spirtli içkidən istifadə etməsinə icazə verib. Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında, rusların Bakıya gəlişindən öncə oyunçuların qalacaqları otaqların mini-barları tam olaraq spirtli içkilərlə doldurulub. Bu haqda “Hyatt Park”ın əməkdaşı Elmira Yaqubova məlumat verib: “Rusiya tərəfi bizə göstəriş verdi ki, oyunçuların qalacaqları otaqların mini-barlarından spirtli içkiləri yığışdırmayaq. Halbuki bu vaxtacan Bakıya gələn bütün komandaların rəsmiləri bizə mini-barları tam təmizləməyi göstəriş verirdilər. Bu səbəbdən rusların istəyi bizim üçün sürpriz oldu. Biz Rusiya millisi üçün ikinci və üçüncü mərtəbədəki otaqları ayırmışıq. Həm də Rusiya millisi bizdən hər futbolçuya tək qalmaq üçün otaq ayırmağı istədi ki, bu cür halla da tez-tez qarşılaşmırıq. Buna oxşar istəklə yalnız İspaniya millisi çıxış etmişdi. Almaniya və Portqaliya millisinin üzvləri isə otaqlarda iki-iki qalırdılar. Rusiya millisinin baş məşqçisi Qus Hiddink üçün isə yeddinci mərtəbədə lük-otaq ayırmışıq. Bu cür otaqda, adətən, yüksək çinli dövlət məmurları məskunlaşırlar. Hiddink üçün otağına müxtəlif növ meyvələr, onun sevimli Avstraliya arağı və bir neçə növ siqar ayırmışıq”.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı