“Təbii ki, indiki halda bizim üçün noyabrdakı play-off matçları daha önəmlidir. Amma Azərbaycanla oyun da vacib qarşılaşmalardan biridir. Çünki burada söhbət həm də Rusiya millisinin nüfuzundan gedir”. Qol.Az-ın məlumatına görə, bu sözləri sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq Rusiya millisinin baş məşqçisi Qus Hiddink “Sport-Ekspress”ə verdiyi müsahibədə deyib. Hollandiyalı mütəxəssis bildirib ki, millimizlə oyunda yaxşı oyun sərgiləməyə çalışacaqlar: “Eyni zamanda hesabında sarı vərəqəsi olan oyunçular haqda da düşünəcəyik. Bununla belə, heyətdə ciddi dəyişikliklər olacağı halda da yalnız qələbə üçün meydana çıxacağıq. İstəyirəm ki, Azərbaycanla oyunda həm yaxşı çıxış edək, həm də qələbə qazanaq”.
Qus Hiddink zədəsi olan Roman Pavlyuçenko və Vasili Berezutski haqda da danışıb: “Onlar özlərini pis hiss edirlər. Buna görə də Moskvada keçdiyimiz son məşqdə iştirak etmədilər. Adıçəkilən iki futbolçu və Poqrebnyakın da Bakıda meydana çıxıb-çıxmayacağını dəqiq bilmirəm. Onlar haqda yekun qərarı bu gecə qəbul edəcəyik. Mən elə bu itkiləri nəzərə alaraq, “Lokomotiv”in üzvü Kuzmin və “Moskva”dan Tarasova dəvət göndərdim. Məhz bu iki futbolçu Bakıya uçacaq”.
Sonda isə Hiddink Rusiya millisinin şənbə günü Almaniyaya qarşı keçirdiyi oyun haqda da danışıb. Hollandiyalı mütəxəssis bildirib ki, komandası qrupdakı əsas rəqibinə qarşı heç də pis oynamadı və layiq olmadığı məğlubiyyətlə üzləşib.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı