Bu gün milli komandamızın baş məşqçisi Berti Foqts sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyunöncəsi mətbuat konfransı keçirib. Almaniyalı mütəxəssis ilk öncə Rusiyayla matçın hazırlığı barədə danışıb.
- Almaniyada yaxşı hazırlıq keçdik. Bunun da nəticəsində Lixtenşteynlə oyunda çətin qələbə qazandıq. Rusiyayla oyuna çox ciddi, diqqətlə hazırlaşırıq. Amma komandada problemlər də var. Elvin Məmmədovla Vüqar Nadirovun meydana çıxması sual altındadır. Rusiyayla ilk görüşdə Moskvada yaxşı oynadıq. Amma səvhlərimiz nəticəsində xal qazana bilmədik. Rusiya millisini təbrik edirəm. Onlar "play-off"a vəsiqə qazandılar. Sabahkı görüşdə ruslara güclü rəqib olmağa çalışacağıq.
- AFFA-nın I vitse-prezidenti Rauf Əliyev sizinlə daha iki illiyə müqavilə bağlamağın məqsədəuyğunluğunu bildirib. Lakin bir şərtlə ki, Azərbaycanda bir qədər də çox vaxt keçirəsiniz. Bu şərti qəbul etməyə hazırsınızmı? Ümumiyyətlə, yeni razılaşma imzalayacaqsınızmı?
- Bu haqda danışmaq istəmirəm. İndi bütün fikirlərim Rusiyayla oyuna yönəlib. AFFA-nın baş katibi Elxan Məmmədov da burdadır. Xahiş edirəm, bu haqda sualları ona ünvanlayasınız.
- Qeyd etdiniz ki, Vüqarla Elvin zədəlidir. Onların yoxluğunda kimlərə şans verəcəksiniz?
- İndi bu haqda dəqiq bir söz deyə bilmərəm. Hələ axşam da məşqimiz var. Həmin hazırlıq prosesindən sonra yekun qərar verəcəyik. Ola bilər ki, Cavid Hüseynova şans verim və ya U-21-in heyətindən hansısa futbolçuya şans verim.
- Dünyanın ən yaxşı məşqçiləri siyahısı müəyyənləşdirməyi sizə həvalə etsəydilər, ora öz adınızı, yoxsa Hiddinkin adını salardınız?
- Mən həmin siyahıya Yoahim Lövün adını daxil edərdim. Çünki kim qalib gəlirsə, o da birinci olmalıdır. Lövün komandası da artıq dünya çempionatına vəsiqə qazanıb.
- Start heyətini artıq müəyyənləşdirmisiz?
- Demək olar ki, hə. Ancaq bunu indi açıqlaya bilmərəm. Yalnız bir-iki nəfər qalıb. Heyətdə bəzi dəyişikliklər olacaq. Çünki azərbaycanlı futbolçuların üçün 4 gün ərzində ardıcıl iki oyun keçirmək çətindir.
- Samirin cəzası artıq başa çatıb. Bu dəfə kapitan kim olacaq, yenə də Mahir, yoxsa Samir?
- Samir olacaq. Çünki Rəşaddan sonra komandanın əsas kapitanı odur.
- Rusların almanlara uduzması bizim üçün üstünlükdür, yoxsa əksinə?
- Bizim üçün çox pisdir. Çünki indiki halda rusların üzərində təzyiq olmayacaq. Hiddink gənclərə şans verəcək ki, onlar da özlərini göstərmək üçün bütün güclərini meydanda qoyacaqlar. Bizim üçün daha yaxşı olardı ki, onlar təzyiqlə Bakıya gəlsinlər.
- Seçmə mərhələdə səfər qələbəsi qazanan ilk məşqçi kimi tarixə düşdünüz. Bu haqda nə deyə bilərsiniz?
- Mən buna sevinmirəm. Çünki Azərbaycan axı nəyə görə bu qədər gözləməli idi? Əsas odur ki, Azərbaycan millisi qələbə qazansın. Tarixə düşmək mənim üçün bir o qədər də önəmli deyil. 1 qələbə çox qazanıb, 1 oyun az uduzmaq önəmli deyil. Azərbaycan futbolunun gələcəyi önənmlidir. Gənclər də bugünkü gündə yaxşı oynayırlar. Bu isə gələcəyə ümidlər baxmağa əsas verir.
- Lixtenşteyni məğlub etməklə tarixə düşdünüz. Amma rusları da məğlub etməklə millinin baş məşqçisi kimi ən çox xal qazanan məşçi olmaq şansınız da var. Sabahkı oyunda qələbəyə söz verirsiniz?
- Siz rəqibin kimliyoni bilirsiniz? Rusiya millisini yəqin ki, tanıyırsınız. Onlar dünyanı ən güclü komandalarından biridir. Oyun çox çətin olacaq. Bununla belə, mən istəmirəm ki, biz birinci qol buraxsaq, azarkeşlər bizi fitə bassınlar. Qoy, komandanı sonadək dəstəkləsinlər. Futbolda hər şey müknüdür Mən istəyirəm ki, futbolçular 4 gündən bir oynamağa öyrəşsinlər. Sabahkı oyunda qələbəyə söz verə bilmərəm. Amma bir şeyə söz verə bilərəm ki, 90 dəqiqə ərzində yaxşı oynayıb, sonadək mübarizə aparacağıq.
Van Deyk ABŞ-ı seçdi
"Barselona"da ciddi itki
U-21 millimiz təlim-məşq toplanışına başladı - Şəkillər
Messidən sonra bunu bacaran Levandovski oldu
Faciəvi yanğında ölənlərdən biri futbolçudur
Messi də Argentina millisinə kömək edə bilməyəcək
Türkiyədə daha bir derbi əcnəbi hakimlərə tapşırıldı
Dibala Braziliyaya qarşı oynamayacaq
“Barselona”nın müdafiəçisi millidən kənarlaşdırıldı
Millimizin oyunlarının hakimləri müəyyənləşdi
"Barselona"nın təxirə salınmış oyununun vaxtı açıqlandı
AFFA rəhbərliyi U-21 millimizi ziyarət etdi - Şəkillər
"Nəticələr qazanıb bu durumdan çıxacağıq” - Elvin Məmmədov
İkardi və Vanda Nara arasında dava
Almaniya millisinin yeni forması - Şəkillər
Juninyo 2 qolun ötürməsini verdi, amma...
Messi Bekhemdən onu istədi
Levandovski ilkə imza atdı
Zubir 300-ə çatdı
"Səbail" yeni baş məşqçisini açıqladı - Rəsmi
Azərbaycan Premyer Liqasında rekord təkrarlandı
Qvardiolanın göndəriləcəyi iddia olunur
"Sumqayıt"dan yubiley qolu
“Həm Qurban Qurbanov pis olmuşdu, həm də mən” - Kadi