AFFA Məşqçilər Komitəsinin üzvləri Antalyada təlim-məşq toplanışında olan Rusiyanın "Anji" klubunun düşərgəsini ziyarət ediblər.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komitə üzvləri Mahaçqala təmsilçisinin baş məşqçisi Sergey Taşuyevlə görüş keçirib.
Görüşdə əsasən legioner limiti müzakirə olunub. "Rusiya və Azərbaycanda futbolun inkişafı barədə fikir mübadiləsi apardıq. Xüsusilə legioner limitindən və bunun yığma komandalara təsirindən danışdıq. Azərbaycanlı həmkarlarımıza Rusiyada futbolun inkişafına dair klubumuzun məşqçilər korpusunun düşüncələri maraqlı idi. Onlar bəzi nüansları öyrənməyə çalışdılar ki, lazım gələrsə, bunu öz ölkələrində tətbiq etsinlər" - deyə S.Taşuyev bildirib.
Qeyd edək ki, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov 1999 və 2011-ci illərdə "Anji"də köməkçi-məşqçi vəzifəsində çalışıb.
Yuxarı
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?