Respublika stadionunun kassaları önündə sıxlıq (FOTOLAR)

Respublika stadionunun kassaları önündə sıxlıq (FOTOLAR)
XƏBƏR 3 Noyabr 2014 / 15:57 7794
-  A +

Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək "Qarabağ" - "Dnepr" matçının biletləri bu gündən satışa çıxarılıb.

Qol.Az-ın məlumata görə, biletlər səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışdadır.

Biletlərin qiyməti 1-10 manat arası dəyişir.

Qol.Az-ın müxbir xəbər verir ki, biletlər bu gün satışa çıxarılsa da, Respublika stadionunda kassaları önündə azarkeş sıxlığı olub. Bu isə onu deməyə əsas verir ki, "Qarabağ" - "Dnepr" oyununda tribunalar ağzınadək dolacaq.

Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçının biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulub. Klubun saytında yer alan xəbərdə yalnız holoqramlı biletlərin etibarlı sayılacağı bildirilib.

Respublika stadionunun kassaları önündə sıxlıq (FOTOLAR)

 
Respublika stadionunun kassaları önündə sıxlıq (FOTOLAR)
 
Respublika stadionunun kassaları önündə sıxlıq (FOTOLAR)
 
Respublika stadionunun kassaları önündə sıxlıq (FOTOLAR)
 
Respublika stadionunun kassaları önündə sıxlıq (FOTOLAR)
 

Səhifənin yuxarısına keçidYuxarı

Qarabağ FK
Son xəbərlər
topaz banner