Elxan Məmmədov Foqtsun tərcüməçisini suya itələdi (VİDEO)

Elxan Məmmədov Foqtsun tərcüməçisini suya itələdi (VİDEO)
VİDEO 11 Oktyabr 2014 / 17:21 5302
-  A +

"Avro-2016"nın seçmə mərhələsində səfərdə İtaliyaya 1:2 hesabı ilə uduzan Azərbaycan millisi hələ də Palermodadır.
 
Qol.Az-ın məlumatına görə, komandamızın üzvləri məskunlaşdıqları otelin hovuzunda istirahət edərkən maraqlı hadisə yaşanıb.

AFFA-nın baş katibi Elxan Məmmədov hovuzun kənarında dayanan yığmamızın baş məşqçisi Berti Foqtsun köməkçisi Aydın Rüstəmovu suya itələyib.

Millimizin üzvləri isə AFFA rəsmisinin bu hərəkətini alqışlarla qarşılayıb. Həmin epizodun videogörüntüsünü təqdim edirik:


Son xəbərlər